Icma.az
close
up
RU
Hadisəyə çevrilən müsahibə

Hadisəyə çevrilən müsahibə

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Prezident İlham Əliyevin "Əl-Ərəbiyyə" (Səudiyyə Ərəbistanı) telekanalına müsahibəsi də hadisə oldu. Əslində onun hər çıxışı, hər müsahibəsi hadisəyə çevrilir.

Bunun bir çox səbəbləri var. Onlardan iki ən mühümünü diqqətə çatdırmaq istərdim. Birinci səbəb budur ki, Azərbaycan artıq təkcə öz bölgəsində deyil, dünya miqyasında sözünün çəkisi olan, təsirli siyasi aktor səviyyəsinə çatıb. Bu, xüsusilə, Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsindən sonra daha çox nəzərə çarpır. İkinci səbəb isə Azərbaycan prezidentinin özünün intellektual hazırlıq səviyyəsi və onun 30 ildən çox müddətdə topladığı siyasi və idarəçilik təcrübəsidir. Bunun içində ayrıca qeyd olunmalı olan iyirmi iki illik prezidentlik dövrü də var.

Milli Məclisin keçmiş deputatı, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev öz sosial media hesabında prezident İlham Əliyevin "Əl-Ərəbiyyə" kanalına verdiyi müsahibəni şərh edərək belə yazıb: "Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibəni oxudum. İlham Əliyev siyasətin fəlsəfəsini mükəmməl bilir. Prezidentin bütün müsahibə və çıxışlarını oxuyanlar tam əmin olurlar ki, işlətdiyi anlayışlar, analitik və tənqidi təfəkkürü, intuisiyası onun geniş mütaliəsi və siyasi dünyagörüşünün zənginliyindən qaynaqlanır".

Prezident İlham Əliyevin əvvəlki müsahibələrindən də aydın görünür ki, o, tarixi də yaxşı bilir, indiki prosesləri də hərtərəfli təhlil edir, mümkün çağırışları və fürsətləri əvvəlcədən düzgün oxuyur, gələcəyə dair proqnozları da doğrulur.

Tarix demişkən, son müsahibəsində Zəngəzur dəhlizi, ümumiyyətlə, bu problematika haqqında danışarkən, əvvəlcə geniş tarixi arayış verdi. Yəni hamı dəhlizdən, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yoldan danışır. Ancaq dünyada heç də hamı bilmir və ya sual etmir: necə olub ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas ərazisindən ayrı düşüb. Bunun üçün prezident son müsahibəsində də tarixə ekskurs edir və deyir: "1917-ci ildə Rusiya imperiyası süqut etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, 1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika idi. Lakin o, yalnız 1920-ci ilin aprel ayınadək mövcud oldu – həmin vaxt Rusiyanın ordusu Azərbaycana daxil olaraq onu işğal etdi. 1917-ci ildə inqilab edən bolşeviklər xalqa yalan vədlər verirdilər. Şüarlar var idi: “zavodlar fəhlələrə, torpaq kəndlilərə, xalqlara azadlıq”. Biz öz dövlətimizi qurduq, amma bolşeviklər bu dövləti əlimizdən aldılar. 1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi. Cəmi bir neçə ay sonra - həmin ilin noyabrında sovet Rusiyası hökuməti qərar qəbul etdi ki, Zəngəzuru – bizim “Qərbi Zəngəzur” adlandırdığımız ərazini Azərbaycandan alıb Ermənistana versin. Bununla da Azərbaycan iki yerə bölündü: əsas hissə və Naxçıvan".

Müsahibədə verilən bu cavabın içində əslində həm tarixin, həm indinin, həm gələcəyin çox suallarına cavablar var.

Əvvəla, prezident deyir ki, 1917-ci ildə Rusiya İmperiyası süqut edib. Bu, dərhal Birinci Dünya Müharibəsi ilə assosiasiya olunur. Bu, Rusiya hakim elitasına ünvanlanmış incə və çox mühüm mesajdır. Tarixi təcrübədən göründyü kimi, Rusiya tənəzzülə gedəndə müxtəlif xalqlar öz dövlətlərini qurub, onun əsarətindən çıxır. Deməli, Rusiya hazırda Ukraynaya təcavüzlə başlamış müharibəni israrla davam etdirsə, onun coğrafiyasını genişləndirsə, indiki Rusiya Federasiyası da çökə bilər. İstər Rusiya imperiyasının 1917-ci ildə, istər Sovet İttifaqının 1991-ci ildə süqutu nəticəsində xeyli yeni müstəqil dövlətlər yaranıb. Rusiya bu dəfə də eyni yolla getsə, tərkibindəki milli respublikalar, xalqlar öz siyasi taleyi haqqında düşünmək məcburiyyətində qalacaq. İkincisi, prezident hələ 1918-ci ildə Azərbaycan xalqının müsəlman dünyasında ilk demokratik respublika qurduğunu, 1920-ci ildə Rusiyanın gəlib, bu dövləti işğal etdiyini deyir. Bundan Qərb ölkələri də öz payını götürəsidir; Rusiyanın demokratik quruluşları devirmək kimi bir pis vərdişi, adəti var. Yeri gəlmişkən, Qərb Ermənistanda demokrarik hökumət olduğunu deyirlər. Prezidentin də dediyi kimi, Azərbaycanda bir nəfər də Rusiya əsgəri yoxdur, amma Ermənistanda Rusiyanın hərbi bazası və bir neçə min hərbçisi, eləcə də, Ermənistanın İranla və Türkiyə ilə sərhədlərində Rusiya əsgərləri var. Deməli, Rusiyanın Ermənistanda təxribat törətməsi daha realdır. Odur ki, əgər Qərb demokrariyanı qorumaq istəyirsə və Ermənistanı da demokratik ölkə sayırsa, bunun üçün hazır olmalıdır. Çünki Rusiya yenidən Ermənistanda hakimiyyəti ələ keçirsə, Qərb bu ölkəni itirir və bölgədə yeni müharibə təhlükəsi reallaşa bilər. O halda - Ermənistanın hipotetik yeni hökuməti Azərbaycana qarşı revanşa qalxdığı halda, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etdiyi halda, Azərbaycan da öz tarixi ərazilərini - Qərbi Zəngəzuru nəzarətə götürməli olacaq. Çünki bu bölgə Azərbaycanla Azərbaycan arasını kəsib. Çünki bu bölgəni 1920-ci ildə bolşevik Rusiyası Azərbaycandan qoparıb Ermənistana verib. Başqa sözlə, Azərbaycanın bu bölgəni özünə birləşdirməyə tarixi haqqı var. Şərtlər tələb etsə, Azərbaycan bu haqqını reallaşdıracaq. Ermənistanda hakimiyyət dəyişikliyi olsa, yeni hökumət Azərbaycanla razılaşmalardan çəkilsə, Qərb ölkələri də Ermənistana qarşı olacaq, o halda - Azərbaycan Zəngəzura müdaxilə edəndə nə indiki zəifləmiş Rusiya onu müdafiə edə biləcək, nə də Qərb Ermənistanın yanında, Azərbaycanın qarşısında olacaq.

Düşünürük ki, bunlar həm də Ermənistan cəmiyyətinə təsirli mesajlardır ki, Ermənistan vətəndaşları Azərbaycanla razılaşmalara sahib çıxsınlar. Gələn il keçiriləcək seçkilərdə də o adamları, o siyasi qüvvəni iqtidar etsinlər ki, onlar Ermənistanın Rusiyadan müstəqilləşməsi prosesini qaldığı yerdən davam etdirə bilsin. Bu mesajın alınıb-alınmadığını isə biz Ermənistanda 2026-cı il seçkilərində görə biləcəyik.

Seyid Əhmədli, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 28 Avqust 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see380

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see287

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see275

Fransız qadınların 50 yaşında 20 yaşındakı kimi görünməyinin sirri

15 İyul 2026 04:04see215

Fransa İspaniya oyunu başladı YENİLƏNİR

14 İyul 2026 23:01see211

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see206

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see204

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see188

Türkiyədəki o dəhşətli gecədən 10 il keçdi

15 İyul 2026 02:02see184

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see183

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see175

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see169

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see167

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see167

“İslamabad sazişi başa çatdı”

15 İyul 2026 07:00see167

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see166

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see162

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see162

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see162

Santorini əvəzinə Serifos, Kapri əvəzinə Proçida: Avropada kəşf edilməyi gözləyən 5 ada

16 İyul 2026 03:04see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri