Rövzət Qasımov: Son iki ildə çap imkanları daha da genişləndirilib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 26 may, AZƏRTAC
Əvvəllər səsvermə bülletenlərinin çap prosesi bir məkanda həyata keçirilirdi. Lakin son iki ildə çap imkanları daha da genişləndirilib.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov mayın 26-da 2026-cı ilin daimi seçici siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunlarına dair iclasda deyib.
“Əgər əvvəllər bu prosesə 20-25 gün vaxt sərf olunurdusa, hazırda həmin iş təxminən iki həftə ərzində başa çatdırılır. Bu isə seçki siyahılarının çapı üçün tələb olunan vaxtın əhəmiyyətli dərəcədə azalmasına səbəb olub və nəticədə seçki komissiyalarının iş imkanları artıb. Seçki komissiyalarına seçici siyahılarının dürüstləşdirilməsi prosesinə daha çox vaxt ayırmağa imkan yaradılıb”,- deyə sədr müavini diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 26 May 2026 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















