Icma.az
close
up
RU
Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt üst oldu?

Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt üst oldu?

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Baku TV-nin "Qarabağ xronikası"nın budəfəki buraxılışında İkinci Qarabağ müharibəsi zamanı Hadrut istiqamətində həyata keçirilən əməliyyatların hərbi-strateji əhəmiyyətindən bəhs olunub.

Bildirilib ki, Hadrutun coğrafi mövqeyi, ətrafındakı hakim yüksəkliklər və burada cəmləşən düşmən qüvvələri qəsəbəni cənub cəbhəsinin əsas hərbi-strateji məntəqələrindən birinə çevirib.

Cəbrayılın azad edilməsindən sonra Hadrut istiqamətində əməliyyatların inkişaf etdirilməsi Azərbaycan Ordusunun sağ cinahının təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Qeyd olunub ki, düşmən Hadrut müdafiəsini gücləndirmək üçün müxtəlif istiqamətlərdən əlavə qüvvələr və zirehli texnika cəlb edib. Oktyabrın 7-də Azərbaycan bölmələrinin təminat xətlərini təhdid etmək və irəliləyişini dayandırmaq məqsədilə genişmiqyaslı zirehli əks-hücum həyata keçirilib. Lakin bu cəhd nəticə verməyib və Azərbaycan Ordusu əməliyyat təşəbbüsünü qoruyub saxlayıb. Əlavə edilib ki, Azərbaycan xüsusi təyinatlılarının cinahlardan irəliləməsi, hakim yüksəkliklərə və əsas kommunikasiya xətlərinə nəzarətin ələ keçirilməsi düşmənin müdafiə sistemində ciddi pozuntular yaradıb.

Oktyabrın 8-də Azərbaycan xüsusi təyinatlılarının kiçik qrupları Hadruta daxil olaraq axtarış əməliyyatlarına başlayıb.

Oktyabrın 9-da isə qəsəbənin azad edilməsi ilə bağlı mühüm mərhələ qeydə alınıb. Vurğulanıb ki, Hadrutun azad edilməsindən sonra düşmənin qəsəbəni geri qaytarmaq cəhdləri uğursuzluqla nəticələnib.

Oktyabrın 11-12-də baş verən döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin ayrı-ayrı bölmələri ciddi itkilər verib, Azərbaycan Ordusu isə müdafiənin dərinliyində fəaliyyətini davam etdirib. Nəticə etibarilə, Hadrutun və ətrafdakı hakim yüksəkliklərin nəzarətə götürülməsi Azərbaycan Ordusunun qarşısında Füzuli, Arazboyu Zəngilan, Qubadlı və Şuşa istiqamətlərində yeni əməliyyat imkanları açıb. Bu uğur cənub cəbhəsində hərbi əməliyyatların coğrafiyasının genişlənməsində mühüm rol oynayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 Oktyabr 2026 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri