Icma.az
close
up
RU
Paşinyanın iddiasını alt üst edən ARQUMENTLƏR

Paşinyanın iddiasını alt üst edən ARQUMENTLƏR

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda etdiyi çıxışında deməyib ki, Sevan yoxdur, Göyçə var. O, Çar Rusiyasının xəritələrinə görə Sevanın olmadığını, Göyçənin olduğunu bildirib”.

Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında belə deyib. 

“Onların istinad etdiyi xəritədə Ermənistanın olması lazım olan yerdə “Ermənistan” yazılıb, Azərbaycan isə heç xatırlanmayıb. Bəs buna necə şərh verə bilərik?”, - deyə o qeyd edib.

Paşinyan əlavə edib ki, erməni jurnalistlərdən heç biri bu xəritənin mövcud olub-olmadığını öyrənməyə çalışmayıb.

Onun qiymətləndirməsinə görə, əgər bu xəritə dərc olunarsa və Ermənistan üçün əlverişsiz olarsa, Azərbaycan üçün də ikiqat əlverişsiz ola bilər. Paşinyan bunu “faydasız məşğuliyyət” adlandırıb. Çünki əvvəlki dövrlərin xəritələrinə etibar edilərsə, nə Ermənistan Respublikasının, nə də Azərbaycan Respublikasının mövcud olmadığı ortaya çıxa bilər.

Ermənistanın Baş naziri hesab edir ki, xüsusən də 2025-ci il avqustun 8-də imzalanmış razılaşmalardan sonra bunlar mənasız mövzulardır.

“Bəs kim dedi ki, bunlar Azərbaycan adlarıdır?

Onlar türk, ərəb, fars, monqol, rus adlarıdır. Bəs bu, nəyi dəyişir? Heç nəyi”, - deyə Nikol Paşinyan fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin Azərbaycan Elmlər Akademiyasındakı çıxışı zamanı Göyçə gölünün tarixi adı ilə bağlı çıxışından sonra Ermənistan rəhbərliyi  fakt qarşısında qalıb. Ona görə də Nikol Paşinyan tarixi saxtalaşdıran ifadələr işlətməklə vəziyyətdən çıxmağa çalışıb.  

Halbuki, istər Çar Rusiyasına, istərsə də Azərbaycan Xalq Cümhuriyyətinə və sonra Sovet dövrünə aid xəritələrdə Ermənistan adlı dövlətin qanunsuz olaraq yaradıldığını görmək olar. Çar Rusiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr edilmiş xəritələrdə “Sevan gölü” termini yoxdur və “Göyçə gölü” ifadəsi var. 

1918-ci ildə İrəvan quberniyasında qondarma erməni dövləti yaradıldıqdan sonra xəritələrdə Azərbaycan Respublikasının qərb sərhədlərinin Göyçə gölünün orta xəttindən keçdiyini görmək olar. 

Lakin Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal olunduqdan sonra Göyçə gölü və Göyçə mahalı bütövlükdə Ermənistanın tərkibinə verildi. Beləliklə, Azərbaycan Cənubi Qafqazın ən böyük şirin su hövzəsindən məhrum edildi. SSRİ dağıldıqdan sonra Ermənistan tərəfi bu inzibati sərhədlərdən imtina edib. Ona görə də hazırda Azərbaycanın sərhədlərin delimitasiyası və demarkasiyası prosesi çərçivəsində Sovet dövrünün əvvəlindəki əraziləri yenidən tələb etmək hüququ var. 

Paşinyan iddia edir ki, rəsmi Bakının söz açdığı  xəritələrdə guya Ermənistan yazılıb, Azərbaycan isə yazılmayıb. Əslində, bu tamamilə yalandır və belə bir xəritə yoxdur. Əgər Göyçə gölünün Azərbaycana məxsus olduğu xəritələrdən bəhs edilərsə, o zaman ya Ermənistan mövcud olmayıb, ya da İrəvan quberniyasında 9 min kvadrat kilometrlik ərazidə qondarma bir dövlətdən danışmaq olar. 

Bu, Ermənistanın Müstəqillik Bəyannaməsində və Konstitusiyasında da təsbit olunub. Ermənistan 1918-1920-ci illərdə mövcud olmuş Ararat Respublikasının siyasi varisi hesab edilir. Həmin respublikanın ərazisi isə 9 min kv.km. olub.  

Nikol Paşinyan hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra hansısa tarixi ərazilərdən danışmaq mənasızdır. Yəni Azərbaycan öz tarixi torpaqlarından imtina etməli və Ermənistanın şərti sərhədlərini de-yure tanımalıdır. 

Azərbaycan tərəfinin arqumentləri qarşısında heç bir cavab tapmayan Ermənistanın Baş naziri guya həmin toponimlərin türk, ərəb, fars sözləri olduğunu iddia edir. Halbuki, Azərbaycan dili də türk dilləri ailəsinə daxildir. İkincisi, hazırkı Ermənistan ərazisindəki Azərbaycan toponimlərinin böyük əksəriyyəti türk mənşəlidir. 

Üçüncüsü, Azərbaycan dilində ərəb və fars dilindən alınma sözlər çoxdur. Monqol sözləri isə ümumiyyətlə, mövcud deyil. Başqa dillərdən alınma sözlərin olması isə həmin ərazilərin Azərbaycana aid olmadığı anlamına gəlmir.  

Müşfiq Abdulla
"Cebheinfo.az" 

Açar sözlər: Paşinyan Göyçə gölü Azərbaycan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Noyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri