Icma.az
close
up
RU
Hafiz Rüstəmin 75 illiyi qeyd olundu VİDEO

Hafiz Rüstəmin 75 illiyi qeyd olundu VİDEO

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


24 yanvar 2026-cı il tarixində Qanun Nəşrlər Evində şair-şərqşünas, tərcüməçi Hafiz Rüstəmin 75 illik yubileyinə həsr olunmuş “Söz bayramı” adlı ədəbi tədbir keçirilib.

Bakupost.az xəbər verir ki, tədbirdə müəllifin “Nə çoxmuş qaranlıq, nə azmış işıq” adlı seçmə lirik şeirlər kitabı, “Bad-i saba” (XX əsr fars poeziyası antologiyası) və “Hafiz Şirazinin qəzəlləri” (“Klassiklər” seriyasından bədii tərcümələr) oxuculara təqdim olunub. Təqdim edilən nəşrlər Hafiz Rüstəmin həm orijinal poeziyada, həm də klassik Şərq ədəbiyyatının Azərbaycan dilinə çevrilməsindəki xidmətlərini əks etdirir.

Tədbiri giriş sözü ilə Qanun Nəşrlər Evinin rəhbəri, naşir Şahbaz Xudoğlu açıb. O, çıxışında Hafiz Rüstəmin klassik Şərq poeziyasının Azərbaycan oxucusuna çatdırılmasında mühüm rol oynadığını vurğulayıb.

Ədəbi gecədə VHP sədrinin müavini, millət vəkili Fəzail İbrahimli, KXCP lideri Mirmahmud Mirəlioğlu, BSU-nun professoru Telman Vəlixanlı, tənqidçi-yazar Vaqif Yusifli, qocaman təhsil işçisi Aydın Əbilov, şairlər Ağacəfər Həsənli və İbrahim İlyaslı, ədəbiyyatşünas alim Əkrəm Bağırov, bədii qiraətçi Mehman Mayılxanlı, şərqşünas Zəki Bayram və yazıçı Zahir Məlikli çıxış edərək yubilyarın yaradıcılığı və tərcümə fəaliyyətinə dair fikirlərini bölüşüblər.

Çıxışlarda Hafiz Rüstəmin poeziyasında vicdan, zaman və insan məsuliyyəti mövzularının aparıcı xətt təşkil etdiyi, onun tərcümələrinin isə klassik Şərq poeziyasının ruhunu qorumaq baxımından xüsusi dəyərə malik olduğu vurğulanıb.

Tədbirin sonunda Hafiz Rüstəm yeni nəşr olunmuş kitablarını və digər əsərlərini tədbir iştirakçıları üçün imzalayıb.

Hafiz Rüstəm şair, şərqşünas və tərcüməçidir. O, klassik fars poeziyasının, xüsusilə Hafiz Şirazinin indiyədək Azərbaycan dilinə çevrilməmiş qəzəllərini dilimizə qazandıran əsas müəlliflərdəndir. Uzun illər ərzində həm orijinal poeziyası, həm də klassik Şərq ədəbiyyatının bədii tərcümələri ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 Yanvar 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see367

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see337

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see317

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see310

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see301

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see299

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see290

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see249

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see243

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see234

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see233

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see231

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see228

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see225

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see223

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see219

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see218

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see216

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see204

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri