Icma.az
close
up
RU
"Rus gəmisində intihar": gözlənilməz epizodlarla dolu əsər... Hafiz Rüstəmin yazısı

"Rus gəmisində intihar": gözlənilməz epizodlarla dolu əsər... Hafiz Rüstəmin yazısı

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Zahir Məliklinin bütün yazılarında olduğu kimi, sadə xalq dilində yazılan, danışıq dilinə yaxın, qəliz ibarə və cümlələrdən uzaq, çox oxunaqlı "Rus gəmisində intihar" əsərini avtobioqrafik roman adlandırmaq olar. Müəllif əsasən, özünün gördüyü, şahidi və iştirakçısı olduğu ekstrim, gözlənilməz fakt və hadisələri xronoloji ardıcıllıqla canlandırır. "Şəxs-şəxsləri, obraz-obrazları" (Belinski) bildirir.

Mətnin gözlənən və gözlənilməz epizodlarla dolu süjet xətti çox maraqlı və oxunaqlıdır. Dırnaqarası "xoşbəxt", əslində kasıb sovet dövründə azmaaşlı lümpen proletarlar və kolxozçu kəndlilər, o cümlədən həmin siniflərə məxsus ziyalılar, əsasən bir "şineldən çıxmış" vətəndaşlar idilər. Hələ rüşvət və korrupsiya indiki kimi kütləviləşməmişdi, mütəşəkkil cinayətkar qruplar, xüsusi, gizli "sexovşiklər" geniş əl-qol açmamışdı. İctimai mülkiyyət formaları – kolxoz və sovxozlar formal da olsa, fəaliyyət göstərirdi. İdeoloji rıçaqlar o qədər güclü idi ki, minimum əmək haqqının çox aşağı olduğu və inflyasiyanın bilmərrə olmadığı bir dövrdə xırda alverçiliyə Lenin burjuaziyaya baxan kimi baxırdılar. Partiya və nomenklatura işçiləri bu kimi kadrları təcili güdaza vermək və cəzalandırmaq üçün hələ də "inqilabi sayıqlıqlarını" itirməmişdilər.

Süleyman Rüstəm demişkən:

Oxuyun, bir qızıl kitabəm mən!

İnqilab oğlu inqilabəm mən!

Bu barədə bir qədər sonra konkret detallarla bəhs edəcəyəm.

Zahir Məlikli bu avtobioqrafik romanında həyat yolunda rast gəldiyi, gördüyü, yaşadığı hadisələri realistcəsinə təqdim edir. Hadisələrin təhkiyəsi də rəvan və maraqlı olduğundan əsər çox oxunaqlı və cazibədardır. Əlbəttə, müəllif başına gələnləri quru təsvirçiliklə təqdim etsəydi, əsər sxematik və cansıxıcı görünərdi. Ən başlıca uğur ondadır ki, o dövrün tarixi-siyasi hadisələrinə obyektiv ictimai məzmun verə bilmişdir.

Ucqar dağ rayonunda, dağ kəndində müəllim ailəsində dünyaya gəlmiş bir gəncin böyüdüyü saf ailə ocağı, təbii sosial mühit çox usta qələmlə təsvir olunub. Hadisələr milli-dini görüşlərə, adət-ənənələrə, ailə tərbiyəsinə söykənən mühafizəkar, həm də yaradıcı, kreativ, istedadlı bir gəncin böyüyüb ali təhsil alması, öz kəndlərinə müəllim kimi qayıtması fonunda inkişaf edir.

Sosrealizm dövründə İttifaq ölkələrinə səfər edərkən xarici pasport, viza tələb olunmurdu. O zaman sovet pasportu ilə 15 müttəfiq respublikanı maneəsiz gəzib-səyahət etdikdən sonra öz vətəninə qayıdarkən, özünlə bəzi az tapılan geyim əşyaları, zəruri ərzaq məhsulları və s. alıb gətirəndə bu əməli sovet adamına xas olmayan xırda alverçilik, xüsusi mülkiyyətçilik, möhtəkirlik kimi damğalayırdılar.

"Aşkarlıq”, “keçid" dövründə biz sovet rejiminin süqutuna gətirib çıxaran fakt və hadisələrin canlı şahidinə çevrilirik. Milli-dini münaqişələrlə müşayiət olunan 20 Yanvar qırğını, ermənilərin Dağlıq Qarabağa ərazi iddiaları ilə bağlı separatçı əməlləri, yerlərdə hökm sürən xaos, İran sərhədinin açılması, qaçaqmalçılıq və s. hadisələr konkret faktlar və tarixi-xronoloji ardıcıllıqla nəql edilir.

Romanda müstəqillik illəri də müəyyən dərəcədə yer tutur. Müəllif özü bu barədə yazır: "Ölkədə yavaş-yavaş sabitlik bərpa olunurdu. Əvvəlki ərzaq qıtlığı da aradan götürülmüşdü. Kiçik və orta sahibkarlıq inkişaf etməkdə idi. Artıq sahibkarlar ölkəyə kənd təsərrüfatı texnikaları da gətirməyə başlamışdılar. Çətin də olsa, kəndçi üçün kombaynlar da tapılırdı. Tırtıllı traktorları güclü təkərli traktorlar əvəz edirdi. Ona görə mənim ixtira etdiyim taxıldöyənə də ehtiyac qalmamışdı. Hələ "yenidənqurma" dövründən başlayaraq rayonumuzda ilk firmanı (ilk cücərtiləri "kooperativ" adlanırdı, sonra MMC oldu) mən təsis etdim. Onda hələ rayon Partiya Komitəsi qalırdı. Birinci katib Fəzail Tağıyevlə rayondakı böyük bir sərgidə tanış olmuşduq və aramızda dostluq münasibəti yaranmışdı. Çox işgüzar, novator və sənət pərəstişkarı olduğundan istedadlı, vergili adamları axtarıb tapırdı. Elə onun tapşırığı ilə o zaman Bakı şəhərində keçirilən 1-ci İran-Azərbaycan biznes konqresinə göndərilmişdim".

Bu sətirləri oxuyarkən müəllifi yeni dövrdə novator bir sahibkar, həm də yaradıcı sənət adamı kimi görürük. Beləliklə, gəncliyinin qaynar çağı keçid dövrünə düşən müəllifin avtobioqrafik səciyyəli bu əsərində siyasi quruluşların dəyişməsi fonunda tarixi dövrün mənzərəsi öz təcəssümünü tapır. Belə ki, illər ötəcək, çox da bizdən uzaqda olmayan həmin tarixi keçmiş artıq gələcək nəsillər üçün də getdikcə uzaqlaşacaq, müasirlərimizin də cismən həyatda olmayacaqları uzaq gələcəkdə bu əsər canlı şahid kimi diqqəti cəlb edəcək.

Ekzistensializmə görə, yaradılış insanın maddi mövcudluğundan əvvəl yaranıb. İnsan ekzistensial bir varlıqdır. Yaşadığı ictimai-iqtisadi formasiyadan asılı olmayaraq təbii, yaxud sosial zərurətin təsiri altında formalaşır. Çünki təbiəti etibarilə azad yaranan insan gördüyü hər bir işə, reallaşdırmaq istədiyi hər bir əmələ görə məsuliyyət daşıyır, şəraitə görə dəyişmir, şəraiti dəyişir, konyunkturaya yol vermir. İnsan öz səhv və düzgün hərəkətlərilə özünü tanımalı, özünün kimliyini müəyyən etməlidir. Rumi demişkən, insan "göründüyü kimi olmalı, olduğu kimi görünməlidir". Heç bir güc, varlıq, kənar təsirlər insanın özündən və şəxsi mənliyindən üstün deyildir. Hər kəs özünü mühakimə etməli, ittiham etməli, subyektiv olduğu qədər də obyektiv olmalı, öz iradəsilə gələcəyini yaratmalıdır. Bir də insanı insan edən, qəhrəman edən öz qərarları, şəxsi təşəbbüsləridir, fəal həyat mövqeyidir. Əsas məsələ həqiqətə nail olmaqdır. Bu həqiqət obyektiv həqiqət deyil, subyektiv həqiqətdir. Yəni insan hamı üçün qəbul edilən doğruları deyil, şəxsi qəbul etdiyi, yəqin bildiyi doğruları üstün tutmalıdır.

Azadlıq insanın özünün seçimidir. İnsan özünün yaxşı-pis hərəkətlərini dərk etməli, özünə "şəraitlə" Haqq qazandırmamalıdır. Ekzistensializmin predmeti məhz bu cür "varlığı" olan insandır.

Ekzistensial böhran baş verir, təcrid və təklik hissləri güclənir, şəxsi münasibətlərə və gündəlik həyata mənfi təsir göstərir, insanı ümidsizliyə və intihara sövq edir.

Epizodik, fraqmental proloqda ekzistensial böhran əsərin leytmotivi kimi diqqəti cəlb edir: iki dost kükrəyən okeanın qoynunda, gəminin burnunda haqq-hesab çəkməyə çıxır. Pəhləvan cüssəli Fərhad qonaq getdiyi evdə içkinin təsiri altında dostu Timurun həyat yoldaşı Fatimə xanıma təcavüz etmiş və aradan çıxmışdı. Nə baş verdiyini içkinin təsirindən ayılandan sonra bilən Timur qisas almaq məqsədilə necəsə Fərhadın işlədiyi gəmiyə işini dəyişir.

Fərhad Timurla görüşə getməmiş otaq yoldaşına əllərini arxadan bağlatdırmışdı. Görünür, üzükölgəli yaşamaq istəmirdi. O elə gedib ki, ya Timur bildiyini eləsin, ya da onu bağışlasın. Timur onu bıçaqla vurmaq istəyəndə, Fərhad div dalğanın qoynuna atılır, rəva görmür ki, Timur cinayətkar kimi həbs edilsin. Timur da onu xilas etmək üçün atılır, o da istəmir ki, Fərhad sadəcə ölsün, istəyir, onu özü öldürsün.

İstintaqçılar üçün "qeyri-müəyyən" olan bu iki intiharı ekzistensial intihar da adlandırmaq olar. Çünki Fərhad da, Timur da şərin, kor nəfsin qurbanlarıdır.

Mənə elə gəlir ki, əsərdə müəllif istədiyinə nail olmuş, oxuculara çatdırmaq istədiyini ustalıqla qələmə ala bilmişdir. Yuxarıda qeyd etdiyim kimi, bəyəndiyim bir cəhət də müəllifin sadə xalq dilində, danışıq dilinə yaxın bir üslubda yazması, qəliz ibarə və cümlələrdən uzaq durmasıdır.


Hafiz Rüstəm


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Dekabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see402

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see262

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see204

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see188

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see185

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see179

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see155

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see153

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see144

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see141

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri