Hakan Fidan Bakıya bunun üçün gəlib: Türkiyə Ermənistanla...
Icma.az, Sitat.info portalına istinadən məlumat verir.
"Türkiyə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını bir neçə aya yekunlaşdırılmasını istəyir. Ankara Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini, sərhədlərin delimitasiya və demarkasiya komissiyasının yaradılması və bu istiqamətdə həyata keçirilən real işləri sülh üçün təməl baza kimi qəbul edir. Həmçinin "Zəngəzur" dəhlizinin açılması ilə bağlı Ermənistanla danışıqlar apararaq növbəti mərhələdə açılmasına nail olunacağını vurğulayır".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, rəsmi Ankara Ermənistan və Azərbaycandan sülh prosesini uzada biləcək əlavə şərtlərin irəli sürməsini qəbul etmir: "Məhz Hakan Fidan sülh müqaviləsinin bağlanması və digər şərtlərin irəli sürülməməsi üçün Azərbaycanla danışıqlar aparmaq üçün Bakıya gəlib. Azərbaycan və Ermənistan arasında 17 bəndlik sülh müqaviləsinin mətni hazırlanıb. Mətnin 15 bəndi razılaşdırılıb. Yəni, sülh mətnin 90% razılaşdırılıb. Ankara iki bənd razılaşdırılmaqla, qısa bir vaxtda sülhün əldə edilməsini istəyir".
M.Əsədullazadə qeyd edib ki, Azərbaycan tərəfindən son günlərdə bir neçə şərtlər irəli sürülüb. Həmçinin Ermənistanda əlavə şərtlər irəli sürüb: "Amma, Türkiyə mövcud reallıqlara uyğun davranmağı tövsiyə edir. Türkiyə XİN rəhbəri Hakan Fidan Bakıdan əliboş qayıtmayacaq. Yaxın perspektivdə sülh istiqamətində ciddi addımlar mümkündür. Türkiyə Ermənistanla sərhədlərini açmaq istəyir".
Məğrur,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 18 Yanvar 2025 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















