Hakan Fidan: Türkiyə Ermənistanla dialoqu Azərbaycanla koordinasiyada davam etdirir
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləyirik.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin üçtərəfli görüşündən sonra mətbuat konfransında bildirib.
O, Azərbaycanla Ermənistanın sülh sazişini gecikmədən imzalamalarını arzuladıqlarını vurğulayıb.
Nazirin sözlərinə görə, Azərbaycanın haqlı narahatlıqları aradan qaldırılmalıdır.
XİN rəhbəri deyib ki, Cənubi Qafqazda sülhün bərqərar olması üçün Türkiyə əlindən gələni etməyə davam edəcək və tərəflərin ortaya qoyduğu iradə region üçün konkret bir fürsət pəncərəsi açıb.
Hakan Fidan qeyd edib ki, Türkiyə Ermənistanla dialoqu Azərbaycanla koordinasiyada davam etdirir.
O, Ermənistanla ötən 4 il ərzində əhəmiyyətli irəliləyiş əldə edildiyini diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 08 İyun 2026 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















