Icma.az
close
up
RU
Hakan Fidan Dəməşqdə dünya ictimaiyyətinə müraciət etdi VİDEO

Hakan Fidan Dəməşqdə dünya ictimaiyyətinə müraciət etdi VİDEO

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Suriyada dövlət qurumlarının bərpası üçün lazımi yardımı göstərməyə hazırdır.
Bizim.Media Sputnik-ə istinadən xəbər verir ki, bunu Dəməşqdə Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əl-Şaraa ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Ümid edirəm ki, ölkəniz üçün ən çətin və qaranlıq dövr arxada qalıb. Dəməşqdəyəm ki, türk xalqı, türk dövləti və prezidentimiz Rəcəb Tayyib Ərdoğan hər zaman sizin yanınızda olacaq. Bu qələbə yalnız sizəə məxsusdur, başqa heç kimə. Türkiyə Suriyada dövlət qurumlarının bərpası üçün lazım olan bütün yardımı göstərməyə hazırdır. Son danışıqlarda biz Suriyada sabitliyin yaradılmasının əsas prioritet olduğunu vurğuladıq.
Buna nail olmaq üçün ölkədə təhlükəsizliyi, qanunun aliliyini və azlıqların müdafiəsini təmin etmək lazımdır. Bütün dini və etnik qrupları əhatə edən inklüziv idarəçilik yaratmaq lazımdır. Hər kəsin sülh içində yaşadığı və ədalətin hökm sürdüyü bir ölkə qurmaq yeni Suriyanın ən böyük nailiyyəti və gələcəyinin təminatı olacaq. Türkiyə olaraq biz dövlət qurumlarında və biznesdə islahatlara dair təcrübəmizi bölüşməyə hazırıq. Prezidentimiz bununla bağlı bütün strukturlara lazımi tapşırıqlar verib” - o, əlavə edib.
Onun sözlərinə görə, Suriyaya qarşı əvvəllər tətbiq edilmiş bütün sanksiyalar ölkənin yenidən qurulması maraqlarına uyğun olaraq ləğv edilməlidir:
“Bu gün beynəlxalq ictimaiyyət, xüsusən də region ölkələri Suriyanın dirçəlməsi və milyonlarla köçkünün öz ölkələrinə qayıtması üçün səfərbər olmalıdır. Suriyada əvvəlki rejimə qarşı tətbiq edilən bütün sanksiyalar tez bir zamanda ləğv edilməlidir. İnvestisiya, maliyyələşdirmə, infrastruktur xidmətləri, səhiyyə və təhsil xidmətləri mümkün qədər tez təmin edilməlidir. Qaçqınların geri qayıtması üçün Suriyada yenidənqurma işlərinə təcili başlamaq lazımdır”.
Fidan əlavə edib ki, o, yeni Suriya rəhbərliyinin bu istiqamətdə işləmək üçün güclü iradəsini və əzmini görüb, lakin bunun beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacı var.
Nazir vurğulayıb ki, Suriyada mövcud olan PKK və digər terror təşkilatları tərksilah olunmalıdırlar:
“Bugünkü görüşdə biz terrorizmlə mübarizə məsələsində ümumi mövqeyimizi təsdiqlədik. Bir daha vurğulamaq istərdim ki, PKK və YPG-nin Suriyada qətiyyən yeri yoxdur. Bu terror təşkilatları Suriya xalqının torpaqlarını işğal edərək təbii sərvətlərini oğurlayırlar. Bu qruplar tez bir zamanda tərksilah edilməlidir. Terrorla mübarizədə Suriya xalqına ən qəti yardımı göstərməyə hazırıq”.
Fidan əlavə edib ki, bu yardım həm də “İŞİD” terror qruplaşması ilə mübarizədə yardımı da əhatə edir.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Dekabr 2024 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri