Icma.az
close
up
RU
Hakan Fidan Dəməşqdə Suriya ilə bağlı dünya ictimaiyyətinə müraciət edib VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

Hakan Fidan Dəməşqdə Suriya ilə bağlı dünya ictimaiyyətinə müraciət edib VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Suriyada dövlət qurumlarının bərpası üçün lazımi yardımı göstərməyə hazırdır.

“Report” xəbər verir ki, bunu Dəməşqdə Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əl-Şaraa ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Ümid edirəm ki, ölkəniz üçün ən çətin və qaranlıq dövr arxada qalıb. Dəməşqdəyəm ki, türk xalqı, türk dövləti və prezidentimiz Rəcəb Tayyib Ərdoğan hər zaman sizin yanınızda olacaq. Bu qələbə yalnız sizəə məxsusdur, başqa heç kimə. Türkiyə Suriyada dövlət qurumlarının bərpası üçün lazım olan bütün yardımı göstərməyə hazırdır. Son danışıqlarda biz Suriyada sabitliyin yaradılmasının əsas prioritet olduğunu vurğuladıq.

Buna nail olmaq üçün ölkədə təhlükəsizliyi, qanunun aliliyini və azlıqların müdafiəsini təmin etmək lazımdır. Bütün dini və etnik qrupları əhatə edən inklüziv idarəçilik yaratmaq lazımdır. Hər kəsin sülh içində yaşadığı və ədalətin hökm sürdüyü bir ölkə qurmaq yeni Suriyanın ən böyük nailiyyəti və gələcəyinin təminatı olacaq. Türkiyə olaraq biz dövlət qurumlarında və biznesdə islahatlara dair təcrübəmizi bölüşməyə hazırıq. Prezidentimiz bununla bağlı bütün strukturlara lazımi tapşırıqlar verib”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, Suriyaya qarşı əvvəllər tətbiq edilmiş bütün sanksiyalar ölkənin yenidən qurulması maraqlarına uyğun olaraq ləğv edilməlidir: “Bu gün beynəl

xalq ictimaiyyət, xüsusən də region ölkələri Suriyanın dirçəlməsi və milyonlarla köçkünün öz ölkələrinə qayıtması üçün səfərbər olmalıdır. Suriyada əvvəlki rejimə qarşı tətbiq edilən bütün sanksiyalar tez bir zamanda ləğv edilməlidir. İnvestisiya, maliyyələşdirmə, infrastruktur xidmətləri, səhiyyə və təhsil xidmətləri mümkün qədər tez təmin edilməlidir. Qaçqınların geri qayıtması üçün Suriyada yenidənqurma işlərinə təcili başlamaq lazımdır”.

Fidan əlavə edib ki, o, yeni Suriya rəhbərliyinin bu istiqamətdə işləmək üçün güclü iradəsini və əzmini görüb, lakin bunun beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacı var.

Nazir vurğulayıb ki, Suriyada mövcud olan PKK və digər terror təşkilatları tərksilah olunmalıdırlar: “Bugünkü görüşdə biz terrorizmlə mübarizə məsələsində ümumi mövqeyimizi təsdiqlədik. Bir daha vurğulamaq istərdim ki, PKK və YPG-nin Suriyada qətiyyən yeri yoxdur. Bu terror təşkilatları Suriya xalqının torpaqlarını işğal edərək təbii sərvətlərini oğurlayırlar. Bu qruplar tez bir zamanda tərksilah edilməlidir. Terrorla mübarizədə Suriya xalqına ən qəti yardımı göstərməyə hazırıq”.

Fidan əlavə edib ki, bu yardım həm də “İŞİD” terror qruplaşması ilə mübarizədə yardımı da əhatə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Dekabr 2024 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri