Merz Ukraynaya yardım üçün Aİ yə təzyiq edir
Icma.az bildirir, Gununsesi portalına istinadən.
Almaniya Kansleri Fridrix Merz Avropa İttifaqına (Aİ) üzv olan bütün ölkələrin Ukraynaya maliyyə dəstəyi göstərmək öhdəliyi götürməyəcəyi təqdirdə qurumun növbəti yeddiillik büdcəsini bloklamaqla hədələyib.
Gununesi.info xəbər verir ki, bu barədə “Financial Times” nəşri Merzin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya ünvanladığı məktuba istinadən məlumat yayıb.
Məktubda Almaniyanın Aİ-nin 2028–2034-cü illər üçün büdcəsini dəstəkləməsinin bütün üzv dövlətlərin Ukraynaya 2027-ci ildə və sonrakı dövrdə maliyyə yardımı göstərmək barədə razılığa gəlməsindən asılı olduğu bildirilib.
“Hamımızın istisnasız olaraq Ukraynanın maliyyə çatışmazlığının aradan qaldırılmasına ədalətli töhfə verəcəyimizə dair kollektiv öhdəlik bu məsələnin həlli və maliyyə nəticələri olan digər məsələlərin müzakirəsi üçün zəruri ilkin şərtdir”, – Merz məktubunda qeyd edib.
Nəşrin məlumatına görə, Almaniya hökumətinin nümayəndəsi də kanslerin bu mövqeyini təsdiqləyib.
Merz, həmçinin bütün Aİ ölkələrinin dəstəkləyəcəyi və 2028-ci ildən etibarən Ukrayna üçün etibarlı, çoxillik maliyyələşdirmə perspektivi yaradacaq həll yolunun tapılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, mövcud hesablamalara əsasən, Ukraynanın 2027-ci ildə maliyyələşdirmə çatışmazlığının 70 milyard avroya çatacağı proqnozlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 09 Noyabr 2026 22:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















