Icma.az
close
up
RU
Hakan Fidan Trampın Fələstinlə bağlı planını tənqid etdi Yolverilməzdir

Hakan Fidan Trampın Fələstinlə bağlı planını tənqid etdi Yolverilməzdir

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı açıqlamalarını sərt tənqid edib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, fələstinlilərin yerdəyişməsinin belə müzakirə edilməsini səhv adlandıran Hakan Fidan "Bu, nə bölgənin, nə də bizim qəbul edə biləcəyimiz bir vəziyyətdir" deyərək Trampın Fələstinlə bağlı mövqeyini tənqid edib.

Fələstin məsələsinin kökünün məcburi köçkünlükdə olduğunu xatırladan Fidan "Fələstin məsələsi məhz bu səbəbdən başladı. Fələstinlilər öz torpaqlarından sürgün edildi və onların yerinə İsrail dövləti yaradıldı. İndi yenidən yerdəyişmə ehtimalından danışmaq da özlüyündə problemlidir.


İki dövlətli həll yolunun beynəlxalq ictimaiyyətdə qəbul edildiyini ifadə edən türkiyəli nazir bildirib:

"Bir neçə ölkə İsraili tam olaraq tanımır, lakin ümumi tendensiya 1967-ci il sərhədlərinə əsaslanan və paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulması istiqamətindədir. Tam suverenliyə malik dövlətin mövcudluğu bu problemi böyük ölçüdə həll edəcək".

Bununla belə, o vurğulayıb ki, İsrail və onun ən böyük dəstəkçisi olan ABŞ-nin bu həlli dəstəklədiyinə dair heç bir əlamət yoxdur.

"Biz indi görürük ki, cənab Tramp müəyyən öhdəlikləri səsləndirməkdə tərəddüd edir. Onun iki dövlətli həll üçün iradə nümayiş etdirdiyini söyləmək mümkün deyil" - deyə nazir Trampın ikiüzlü siyasətini ifşa edib.

Fidan çıxışının sonunda deportasiyanın variant kimi müzakirə edilməsinin belə düzgün olmadığını vurğulayıb.

"Məncə, bu barədə düşünmək belə pisdir, vaxt itkisidir. Hətta bu məsələni müzakirəyə açmaq belə düzgün deyil”, - deyən nazir beynəlxalq ictimaiyyətin daha aydın mövqe göstərməli olduğunu qeyd edib.


Mikayıl
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 05 Fevral 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see351

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see187

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see139

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see136

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see133

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see126

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see126

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see124

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see123

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see120

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see114

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114

Azər Həşimov: Məğlub olsaq da...

31 Avqust 2025 20:24see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri