Hakan Fidan Trampın hərəkətlərini “oyanma zəngi” adlandırıb
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ABŞ prezidenti Donald Trampın hərəkətləri Avropa İttifaqı və NATO üçün “oyanış zəngi”dir.
SİA xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Fidanın sözlərinə görə, Trampın hərəkətləri Avropanın təhlükəsizliyini təhdid edə bilər. Bunun fonunda o, NATO ölkələrini “öz ağırlıq mərkəzini yaratmaq” üçün birləşməyə çağırıb.
Eyni zamanda Fidan vurğulayıb ki, Türkiyə gələcəkdə NATO-nu əvəz edə biləcək istənilən Avropa təhlükəsizlik arxitekturasının bir hissəsi olmaq istəyir.
...Cin şüşədən çıxdı və onu geri qaytarmaq mümkün deyil: hətta Tramp bu anda qoşunları Avropadan çıxarmamaq qərarına gəlsə belə, gələcəkdə oxşar fikirlərə və siyasət ideyalarına malik kimsənin hələ də Amerikanın Avropa təhlükəsizliyinə töhfəsini azaltmaq barədə düşünməsi ehtimalı var.
Bunu da Fidan vurğulayıb.
Daha əvvəl Politico, Trampın Avropa İttifaqını “dağıdıb yenidən qurmaq” istədiyini yazmışdı.
Əli Babayev
Baxış sayı:66
Bu xəbər 06 Mart 2025 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















