Icma.az
close
up
RU
Hakan Fidandan Bakıda mühüm açıqlamalar VİDEO

Hakan Fidandan Bakıda mühüm açıqlamalar VİDEO

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"29 oktyabrda Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasını, 30 oktyabrda isə Təşkilatın 13-cü Sammitini Ankarada liderlərimizin iştirakı ilə reallaşdıracağıq".

Oxu.Az xəbər verir ki, bu fikirləri Türkiyə xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu zirvə türk dünyasının ortaq gələcək vizyonunu möhkəmləndirəcək tarixi bir addımdır:

Hakan Fidandan Bakıda mühüm açıqlamalar - VİDEO

"Türkiyə-Azərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə qaldıraraq müdafiə və təhlükəsizlik sahəsindəki əməkdaşlığımıza güclü bir zəmin hazırlamış olduq. Silahlı qüvvələrimiz arasında keçirilən birgə təlimlər, təhsil və təcrübə mübadiləsi fəaliyyətləri ilə müdafiə sənayesi qurumlarımız arasında getdikcə dərinləşən iş birliyi bu tərəfdaşlığın sahədəki konkrekt təzahürləridir. Önümüzdəki dövrdə də bu sahədəki fəaliyyətlərimizi qarşılıqlı ehtiyaclar və imkanlarımız çərçivəsində irəlilətməyə qərarlıyıq.

Bildiyiniz kimi, Qarabağ işğal altında olduğu illər ərzində Türkiyə Azərbaycanın haqlı davasını dəstəkləmişdir. Bu gün də prioritetimiz bölgədə sülh, sabitlik və rifahın davamlı olaraq bərqərar edilməsidir. Azərbaycan və Ermənistan arasında yekun sülhə nail olunması istiqamətində son dövrdə əldə edilən irəliləyişləri və Azərbaycanın bu məsələdəki qurucu mövqeyini məmnuniyyətlə izləyirik. Bu prosesin tamamlanması ilə bölgəmizdə yeni bir əməkdaşlıq dövrünün başlayacağına da inanırıq. Cənubi Qafqazın münaqişələrlə deyil, sülhlə, nəqliyyat, energetika, ticarət və iqtisadi tərəqqi ilə xatırlanmasını arzulayırıq".

Nazir əlavə edib ki, İranla bağlı proseslər Türkiyə və Azərbaycanı da çox yaxından maraqlandırır.

İranın təhlükəsizliyi, sabitliyi və rifahı təbiəti etibarilə bölgəmizə birbaşa təsir edir. Bu baxımdan mövcud ixtilafın diplomatik yollarla həllini tapmasını istəyirik.

Hakan Fidan, həmçinin qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi Qara dəniz hövzəsinə də ciddi şəkildə təsir göstərir.

Onun sözlərinə görə, son aylarda Qara dənizdə mülki gəmilərə qarşı artan hücumlar regionda can, mal, naviqasiya və ətraf mühit təhlükəsizliyinə ciddi zərər vurur:

"Təəssüf ki, bu hücumlarda dənizçilərimiz də həyatlarını itirdilər. Həyatını itirən dənizçilərimizə Allahdan rəhmət, yaxınlarına başsağlığı və səbir diləyirəm.

Müharibənin Qara dənizə də yayılması, vətəndaşlarımızın həyatını və şirkətlərimizin fəaliyyətini təhdid etməsi qəbuledilməz bir haldır. Bu barədə tərəflərə lazımi xəbərdarlıqları edirik".

Türkiyəli nazir həmçinin qeyd edib ki, 2029-cu ilin sonuna doğru Qars-Dilucu dəmiryolunun inşası başa çatacaq və bununla da Azərbaycandandan gələn qatar fasiləsiz olaraq Türkiyəyə qədər gəlmək imkanı əldə edəcək:

"Bu, bizim üçün mühüm bir logistik imkan olacaq. Bu istiqamətdə işlərimiz davam edir. Azərbaycan ilə Türkiyə arasında daha çox əlaqəni necə təmin edə bilərik, mövcud bağlantıların həcmini necə artıra bilərik, bunlar mühüm fəaliyyət istiqamətlərimizdir".

Hakan Fidan vurğulayıb ki, TRRIP layihəsi çərçivəsində 42 km-lik yol Ermənistan ərazisindən keçir:

"Bizə verilən son məlumat ondan ibarətdir ki, hazırda layihələndirmə işləri gedir və bu proses il sonuna qədər başa çatacaq. Fiziki işlərə 2027-ci ildə başlanıla bilər. Hesab edirik ki, fiziki işlər başlayandan sonra kifayət qədər qısa müddət ərzində bu hissənin də başa çatdırılması mümkündür. Çünki nəticə etibarilə ərazi o qədər də böyük deyil, 42 km-dən artıq bir məsafə barədə danışırıq. Kifayət qədər qısa müddət ərzində başa çatdırılması mümkündür".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Sentyabr 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri