Əsəddən sonra Suriyada nələr olacaq? Hakan Fidandan mühüm açıqlamalar
Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyada Bəşər Əsədin devrilməsi və müxalifətin hakimiyyəti ələ keçirməsi ilə bağlı diqqətçəkən açıqlamalar verib.
News24.az xəbər verir ki, Hakan Fidanın sözlərinə görə, Suriyada dünən baş verən hadisələr ümid işığı yaradıb.
“Beynəlxalq aktorların, xüsusən də BMT-nin Suriya xalqı ilə əlaqə saxlamasını və əhatəli hökumətin qurulmasına dəstək verməsini gözləyirik.
Biz bəri başdan deyirik ki, Suriyada daimi həll, sülh və sabitlik yalnız milli barışıq yolu ilə əldə edilə bilər. Lakin bütün səylərimizə və ona verilən imkanlara baxmayaraq, rejim öz xalqı ilə barışmağa çalışmadı”, - deyə o qeyd edib.
XİN rəhbəri əlavə edib ki, Suriyada yeni dövr başlayıb:
“İndi diqqəti gələcəyə yönəltmək lazımdır. Gələcəkdə biz müxtəlif etnik və dini qrupların inklüziv idarə altında yaşadığı Suriyanı istəyirik.
Qonşuları ilə yaxşı münasibət quracaq, bölgəsinə sülh və sabitlik gətirəcək yeni Suriya görmək istəyirik. Bunun üçün lazımi dəstəyi verməyə hazırıq. Bu məqsədlə bütün tərəflərlə, xüsusilə regional aktorlarla lazımi dialoqu və koordinasiyanı davam etdiririk. Türkiyə bundan sonra Suriyanın ərazi bütövlüyünü, siyasi birliyini, rifahını, təhlükəsizliyini və sabitliyini təmin etmək üçün üzərinə düşən bütün öhdəlikləri üzərinə götürməyə davam edəcək.
Biz suriyalıların təhlükəsiz və könüllü qayıtması və ölkənin yenidən qurulması üçün işimizi davam etdirəcəyik”.
Aynurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 09 Dekabr 2024 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















