Haker FİFA nın saytını sındıraraq yayımları və statistikanı idarə edib
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
BobDaHacker ləqəbli haker rəsmi FIFA dünya çempionatı saytını sındırdığını iddia edib.
İdman.Biz bildirir ki, istifadəçi portalda bir boşluq aşkarlayıb və bu barədə bloqunda məqalə dərc edib.
Hakerin sözlərinə görə, o, FIFA-nın daxili sistemlərində bir səhv aşkar edib və bu, ona yayım idarəetmə panelinə tam giriş imkanı verib. Bu, ona canlı kameraları idarə etməyə və hətta matç statistikasını və hesablarını dəyişdirməyə imkan verib. BobDaHacker qeyd edib ki, əgər o, boşluğu aşkar etməsəydi, fırıldaqçılar bütün yayımları ələ keçirə bilərdilər.
Onun sözlərinə görə, tək bir haker eyni vaxtda bütün kameraları ələ keçirə və bütün FIFA dünya çempionatının idarə edə bilərdi.
İstifadəçi həmçinin bildirib ki, səhv dərc edildikdən sonra FIFA özü onu aradan qaldırıb. Lakin sayt sahiblərindən heç biri onunla əlaqə saxlamayıb və ya ona təşəkkür etməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 25 İyun 2026 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















