Hakerlər İranın onlarla neft tankerinin sistemlərini sıradan çıxardı
News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Lib-Dukhtegan" haker qrupu İran Milli Tanker Şirkəti və Gəmiçilik Şirkətinin sistemlərini sındıraraq 39 neft tankeri və 25 yük gəmisinin işində pozuntulara səbəb olub.
Bu barədə News24.az “Sky News Arabiya”ya istinadən məlumat verib.
"İranın 60-dan çox neft tankeri və yük gəmisinin sistemləri sıradan çıxarılıb, bu da həmin gəmilər, limanlar və xarici aləm arasında əlaqələrin kəsilməsinə səbəb olub. Bu, İranın dəniz sektorunu hədəf alan ən böyük kiberhücumlardan biridir" - hakerlər öz bəyanatlarında bildiriblər.
Qruplaşma əlavə edib ki, buna İranın telekommunikasiya və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən "Fanava" holdinqinin şəbəkəsinə daxil olmaqla nail ola biliblər. Bu holdinq peyk rabitəsi, məlumatların saxlanması və ödəniş sistemləri ilə bağlı xidmətlər təqdim edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 22 Avqust 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















