Tramp: ABŞ ın hava hücumları İranın nüvə potensialını sıradan çıxardı
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-ın iyun ayında hava hücumları İranın nüvə potensialını sıradan çıxarıb.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “TIME” jurnalına bildirib.
Tramp əməliyyatı qüsursuz hücum kimi qiymətləndirib.
“ABŞ-ın iyun ayında hava hücumları İranın nüvə obyektlərini cəhənnəmə döndərdi və nüvə potensialını sıradan çıxardı. Tehran sağ qalmaq üçün mübarizə apardı”, - Ağ Ev lideri qeyd edib.
Onun sözlərinə görə, zərbələr İranı Yaxın Şərqdə qorxudan çıxarıb və sülh səylərini mümkün edib.
Tramp əlavə edib ki, sanksiyalar İranı çox zəif edib.
O, Tehranın qüdrətinin məhdudlaşdırılmasının açarı kimi İranın yüksək rütbəli hərbi komandirlərinin, o cümlədən Qasım Süleymaninin öldürülməsini göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 23 Oktyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















