Hakim Aynur Rzayeva ölümünə səbəb olan sürücü barədə qərar verildi Şəhid övladı idi
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Sumqayıt-Pirşağı avtomobil yolunda hakim Aynur Rzayevanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nuran Abdurrahmanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb.
Avtosfer.az-ın "E-huquq.az"a istinadən məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, təqdimat təmin edilməyib. Məhkəmə N.Abdurrahmanovun ev dustaqlığı qətimkan tədbirinin tələblərinə əməl etməsini, himayəsində azyaşlı övladlarının olmasını nəzərə alaraq onun barəsindəki qətimkan tədbirini qüvvədə saxlayıb.
Xatırladaq ki, hadisə 2025-ci il dekabrın 22-də Sumqayıt-Pirşağı avtomobil yolunda baş verib. Belə ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın avtomobili hərəkətdə olarkən qarşıdan gələn avtomobillə toqquşub. Qəza nəticəsində avtomobilin sürücüsü ağır xəsarətlər alıb, hakim Aynur Rzayeva isə hadisə yerində vəfat edib.
Qeyd edək ki, Aynur Rzayeva şəhid övladı olub. O, 2022-ci ildən məhkəmə sistemində fəaliyyət göstərib.
Oxunub 336
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 04 Fevral 2026 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















