Icma.az
close
up
RU
Şəhid övladı ağlamaz!

Şəhid övladı ağlamaz!

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Anar Eyvaz oğlu Cəfərov 1977-ci il dekabrın 19-da Ağcabədi şəhərində dünyaya göz açıb. 12 saylı tam orta məktəbini bitirib. Məktəbi bitirdikdən sonra sürücülük  edib. Eyni zamanda, şəxsi təsərrüfatla məşğul olub. 

Anar Cəfərov Azərbaycan Silahlı Qüv­vələrinin sıralarında əvvəlcə müddətli, daha sonra isə  müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Xüsusi hərbi kurs bitirərək “Həmlə” taborunda həmlə bölüyünün baş tuşlayıcı minaatanı təyin edilib. Mingəçevir şəhərində və Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissələrdə minaatan kimi fəaliyyət göstərib. 

O,  2020-ci il oktyabrın 3-də  Tərtər rayonu – Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ağcabədi Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qəhrəmanlıqla döyüşdüyü  və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Anar Cəfərov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni,  “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin həyat yoldaşı Samirə Xudiyeva söyləyir: 

– Anar bir gün gəldi ki, hərbi işə gedəcəyəm. Torpağımı qorumaq bir vətəndaş kimi mənim də borcumdur. Elə həmin vaxtdan Anar hərbçi oldu. Xidmətindən 3 il keçdi. Soruşdum ki, yenə müqavilə bağlaycaqsan? Bir də gördüm müqavilə kağızının şəklini atdı mənə ki, artıq 5 illk yenidən müqavilə bağlamışam. O bilirdi ki, bu münaqişənin sonu müharibədir... 

2020-ci il hələ müharibə başlamamışdı, sentyabrın 21-dən Anargil təlimlər keçirdi. 25-i idi, getməmişdən bir gün qabaq mənə dedi ki, Samirə, gəl, qapını, evləri təmizləyək...  Sentyabrın 24-ü  saat 4-də   Anar evdən çıxdı. Bizimlə həmişə görüşən Anar həmin gün üçümüzə də baxmadan getdi. 26-sı gecəsi dedim gələcəksən evə? Dedi ki, silahları təhvil versəm, gələcəyəm. Ancaq gəlmədi, elə axırıncı görüşümüz də o oldu...

Anar ailəsi ilə hər gün telefonla danışırdı. Son danışığı isə 2 oktyabr, saat 11-də    oldu. İşlərinin yaxşı olduğunu söyləyir, qələbə bizimdir, narahat olmayın, deyirdi. 

…Oktyabrın 3-də onun zəngini gözləyirdim, amma ondan xəbər yox idi. Anarın əmisi gəlini Günelə dedim ki, çox güman Anar şəhid oldu, mənə zəng eləmədi... Elə bu an Anarın qardaşı İftixar mənə zəng etdi ki, bacı, evdəsən? Dedim ki, nə olub? Mənə dedi ki, heç nə olmayıb qayıdıram sizə, işim var. Ondan sonra elə qışqırdım ki, qonum–qonşu burdaydı. 

Ürəyimə damdı ki, Anara nəsə olub. Anarı Ağcabədi xəstəxanasına yeləşdirmişdilər. 4-ü günü səhər saat 10-da gətirdilər. Balalarımı çağırıb dedim ki, sizin atanız qəhrəmandır, atanız şəhid olub. Xocalıda öldürülən siz boyda uşaqların intiqamı illər keçsə də alınıb. Ağlamayın, sizin atanız şəhiddir, o əbədi yaşayır, ölməyib!

Mənim övladlarım bu gün atasız qalsalar belə, mən ailəmlə fəxr edirəm! Mənə bayraq veriləndə sevə-sevə öpdüm. Gələcəyin iki əsgəri mənim evimdədir. Allah şəhidlərimizə rəhmət eləsin!”

M.MİRZƏ 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see655

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see391

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see290

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see276

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see270

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see233

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see224

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see223

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see210

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see209

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see193

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see184

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see172

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see171

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see164

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see162

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see159

Çingiz Əhmədov qadınlarla bağlı sözlərinə görə tənqid olundu

18 Avqust 2026 11:39see159

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see158

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri