Icma.az
close
up
RU
“HAKİM ELİTADA PARANOİK ƏHVAL RUHİYYƏ VAR” “Qaydalar dəyişib...”

“HAKİM ELİTADA PARANOİK ƏHVAL RUHİYYƏ VAR” “Qaydalar dəyişib...”

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiyada iri məmurların intiharının və həbslərin arxasında nə durur?

Rusiyada hətta ən yüksək hakimiyyət dairələrini iflic edən bir sıra səs-küylü həbslər və müəmmalı ölümlər davam edir. Son olaraq Nəqliyyat naziri Roman Starovoytun intiharı ölkənin siyasi elitasını şoka salıb.

“AzPolitika” xəbər verir ki, “The Telegraph”-da dərc edilən məqalədə belə deyilir.

Adının çəkilməsini istəməyən Rusiya Prezident administrasiyasının keçmiş rəsmisi nəşrə açıqlamasında deyib: “Bu, dəhşətli görünür - həbslər, ölümlər, qalmaqallar...”.

Yazıda xatırladılır ki, iyulun 7-də daha öncə Kursk vilayətinin qubernatoru olmuş 53 yaşlı nazir Starovoyt külli miqdarda mənimsəmə ittihamı ilə istintaq altında olarkən intihar edib. Məlumatlara görə, onun keçmiş müavini Aleksey Smirnov artıq Starovoytun əleyhinə ifadə veribmiş.

Nəşrə danışan məmur deyib ki, “ən yüksək səviyyədə qorxu vakkumu yaranıb”: "Əslində qəribə olan odur ki, prezident (Vladimir Putin – red.) heç bir təəssüf ifadə etməyib(Starovoytun ölümü nəzərdə tutulur-red.). Hətta baş nazir də susur. Bu, bir işarədir".

Yazıda qeyd olunur ki, məhkəmələr müdafiə nazirinin müavinlərinə də onillik həbs cəzaları verərkən, iri məmurların pəncərədən yıxılması da yeni siyasi metaforaya çevrilib. Belə ki, son olaraq “Transneft”in vitse-prezidenti Andrey Badalov müəmmalı şəkildə eyvandan yıxılıb, milyarder Konstantin Strukov isə şəxsi təyyarəsində ölkəni tərk etmək istəyərkən zorla geri qaytarılıb.

Karnegi Mərkəzinin eksperti və Rusiya Federasiyası Mərkəzi Bankının keçmiş müşaviri Aleksandra Prokopenko nəşrə deyib: “Qaydalar dəyişib. İndi səni kimin dəstəkləməsinin əhəmiyyəti yoxdur. Sağ qalan ən güclü olan deyil, ən ehtiyatlı olandır".

Qəzet yazır ki, indi Kremldə paranoik əhval-ruhiyyə artır: “Hazırkı məmurlardan biri deyir: “Təhlükəli mövzulardan uzaq durmağa çalışıram... Hamımız öz kiçik dünyalarımıza qapanmışıq"”.

Qeyd edək ki, iyulun 7-də ölümü ilə bağlı xəbər yayılan Starovoyt tapança ilə özünə atəş açaraq intihar edib. Bundan bir neçə saat əvvəl onun Putinin əmri ilə istefaya getməsi məlum olub. Media onun öldüyü gün iş yerində iclas keçirdiyini, lakin qəfildən evə getdiyini yazıb.

Starovoytdan bir neçə gün əvvəl “Transneft”-in top meneceri Andrey Badalov ölüb. Mətbuatın yazdığına görə, o, Moskvada hündürmərtəbəli binanın pəncərəsindən yıxılıb. Badalovun yaxınları onda heç bir depressiya əlaməti görmədiklərini, onun heç vaxt intihar barədə danışmadığını bildiriblər.

Badalov son zamanlar intihar, təsadüf, qəza və s. nəticəsində ölən tək rus top-menecer deyil. Belələrinin sayı artıq onlarladır. Xüsusilə, son zamanlar “Lukoyl”un rəhbərliyindən bir neçə nəfər müəmmalı şəkildə həyatla vidalaşıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 İyul 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri