Icma.az
close
up
RU
“HAKİM ELİTADA PARANOİK ƏHVAL RUHİYYƏ VAR” “Qaydalar dəyişib...”

“HAKİM ELİTADA PARANOİK ƏHVAL RUHİYYƏ VAR” “Qaydalar dəyişib...”

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Rusiyada iri məmurların intiharının və həbslərin arxasında nə durur?

Rusiyada hətta ən yüksək hakimiyyət dairələrini iflic edən bir sıra səs-küylü həbslər və müəmmalı ölümlər davam edir. Son olaraq Nəqliyyat naziri Roman Starovoytun intiharı ölkənin siyasi elitasını şoka salıb.

Hurriyyet.az xəbər verir ki, “The Telegraph”-da dərc edilən məqalədə belə deyilir.

Adının çəkilməsini istəməyən Rusiya Prezident administrasiyasının keçmiş rəsmisi nəşrə açıqlamasında deyib: “Bu, dəhşətli görünür - həbslər, ölümlər, qalmaqallar...”.

Yazıda xatırladılır ki, iyulun 7-də daha öncə Kursk vilayətinin qubernatoru olmuş 53 yaşlı nazir Starovoyt külli miqdarda mənimsəmə ittihamı ilə istintaq altında olarkən intihar edib. Məlumatlara görə, onun keçmiş müavini Aleksey Smirnov artıq Starovoytun əleyhinə ifadə veribmiş.

Nəşrə danışan məmur deyib ki, “ən yüksək səviyyədə qorxu vakkumu yaranıb”: "Əslində qəribə olan odur ki, prezident (Vladimir Putin – red.) heç bir təəssüf ifadə etməyib(Starovoytun ölümü nəzərdə tutulur-red.). Hətta baş nazir də susur. Bu, bir işarədir".

Yazıda qeyd olunur ki, məhkəmələr müdafiə nazirinin müavinlərinə də onillik həbs cəzaları verərkən, iri məmurların pəncərədən yıxılması da yeni siyasi metaforaya çevrilib. Belə ki, son olaraq “Transneft”in vitse-prezidenti Andrey Badalov müəmmalı şəkildə eyvandan yıxılıb, milyarder Konstantin Strukov isə şəxsi təyyarəsində ölkəni tərk etmək istəyərkən zorla geri qaytarılıb.

Karnegi Mərkəzinin eksperti və Rusiya Federasiyası Mərkəzi Bankının keçmiş müşaviri Aleksandra Prokopenko nəşrə deyib: “Qaydalar dəyişib. İndi səni kimin dəstəkləməsinin əhəmiyyəti yoxdur. Sağ qalan ən güclü olan deyil, ən ehtiyatlı olandır".

Qəzet yazır ki, indi Kremldə paranoik əhval-ruhiyyə artır: “Hazırkı məmurlardan biri deyir: “Təhlükəli mövzulardan uzaq durmağa çalışıram... Hamımız öz kiçik dünyalarımıza qapanmışıq"”.

Qeyd edək ki, iyulun 7-də ölümü ilə bağlı xəbər yayılan Starovoyt tapança ilə özünə atəş açaraq intihar edib. Bundan bir neçə saat əvvəl onun Putinin əmri ilə istefaya getməsi məlum olub. Media onun öldüyü gün iş yerində iclas keçirdiyini, lakin qəfildən evə getdiyini yazıb.

Starovoytdan bir neçə gün əvvəl “Transneft”-in top meneceri Andrey Badalov ölüb. Mətbuatın yazdığına görə, o, Moskvada hündürmərtəbəli binanın pəncərəsindən yıxılıb. Badalovun yaxınları onda heç bir depressiya əlaməti görmədiklərini, onun heç vaxt intihar barədə danışmadığını bildiriblər.

Badalov son zamanlar intihar, təsadüf, qəza və s. nəticəsində ölən tək rus top-menecer deyil. Belələrinin sayı artıq onlarladır. Xüsusilə, son zamanlar “Lukoyl”un rəhbərliyindən bir neçə nəfər müəmmalı şəkildə həyatla vidalaşıb.

AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 İyul 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri