Icma.az
close
up
RU
Hakim Trampın viza qadağasını bloklayıb

Hakim Trampın viza qadağasını bloklayıb

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Boston federal hakimi ABŞ Prezidenti Donald Trampın Harvard Universitetində təhsil almaq və ya mübadilə proqramlarında iştirak etmək istəyən xarici vətəndaşların ABŞ-a girişini qadağan edən qərarının icrasını müvəqqəti olaraq dayandırıb.

Hakim Trampın Harvardla bağlı qərarının “Bərpaolunmaz zərəri” olduğunu bildirib

APA-nın “Reuters“ə istinadən verdiyi xəbərə görə, iki səhifəlik müvəqqəti məhdudlaşdırıcı qərarla hakim Ellison Burrouz Trampın fərmanının qüvvəyə minməsini daha geniş məhkəmə araşdırması başa çatana qədər təxirə salıb.

Qeyd edək ki, bu qərar, Harvard Universiteti ilə Respublikaçı prezident arasında artan qarşıdurma fonunda verilib.

Hakim belə nəticəyə gəlib ki, Trampın son altı ay ərzində xarici vətəndaşların Harvardda təhsil almaq üçün ABŞ-a girişini yasaqlayan göstərişi “dərhal və bərpaolunmaz zərər” törədə bilər.

Harvard Trampı məhkəmə qərarını pozmaqda ittiham edir: “Beynəlxalq tələbəsiz Harvard ola bilməz”

Burrouz ötən ay Trampın Harvardın beynəlxalq tələbə qəbulunu tamamilə yasaqlayan ayrıca bir qərarının da icrasını dayandırmışdı. Harvard cümə axşamı iddiasını genişləndirərək bu yeni fərmana da etiraz edib və Trampı məhkəmənin əvvəlki qərarını pozmaqda ittiham edib.

"Sərəncam minlərlə xarici tələbənin ABŞ-a ölkəyə gələrək Harvardda təhsil alma və arzularını reallaşdırmaq hüququnu əlindən alır. Bu həm də Harvardın onlara tədris etmək hüququnu pozur. Harvard beynəlxalq tələbələri olmadan Harvard deyil," – deyə universitet məhkəmə sənədlərində bəyan edib.

Burrouzun cümə axşamı verdiyi qərar, həmçinin 23 may tarixində qəbul etdiyi və administrasiyanın Harvardın beynəlxalq tələbə qəbulunu məhdudlaşdıran qərarına qarşı çıxan digər müvəqqəti qadağanın da qüvvədə saxlanmasını nəzərdə tutur.

Ağ Evdən sərt ittihamlar: Harvard “milli təhlükəsizlik” üçün təhdid kimi göstərilir

Ağ Evin sözçüsü Ebigeyl Cekson Harvardı "Amerikaya qarşı çıxış edən, anti-semitik və terrorçu yönümlü təbliğat aparan şəxslərin mərkəzi" kimi təsvir etmişdi. Harvard isə bu iddiaları qətiyyətlə rədd edir.

Cekson bəyanatında bildirib: “Harvardın davranışları ABŞ-ın tələbə və mübadilə ziyarətçi viza sisteminin bütövlüyünü sual altına alıb və milli təhlükəsizliyi təhlükəyə atıb. İndi bu hərəkətlərinin nəticələrinə qatlanmalıdır.”

Trampın sərəncamında Harvard Universitetində təhsil almaq məqsədilə ABŞ-a gəlmək istəyən xarici vətəndaşların qəbulunun dayandırılması “milli təhlükəsizliklə bağlı narahatlıqlar” əsasında əsaslandırılıb.

Sərəncama əsasən, qadağa ilkin olaraq altı ay qüvvədə olacaq və lazım gəldikdə uzadıla bilər. Həmçinin Tramp ABŞ Dövlət Departamentinə sərəncamda göstərilən meyarlara uyğun gələn Harvard tələbələrinin akademik və mübadilə vizalarının ləğv edilməsini nəzərdən keçirməyi tapşırıb.

Harvard Trampı qanun pozuntusunda ittiham edir: “Siyasi təzyiqlərlə cəzalandırılırıq”

Harvard cümə axşamı məhkəməyə təqdim etdiyi sənədlərdə Trampı milli təhlükəsizliklə bağlı iddialarını sübuta yetirmədiyinə görə federal qanunu pozmaqda ittiham edib.

"Sərəncam, ABŞ-a daxil olan əcnəbilərin və ya əcnəbi qrupların ölkə maraqlarına zidd olduğunu göstərmir, çünki bu sərəncamın təsir etdiyi əcnəbilər ABŞ-a daxil ola bilərlər – yetər ki, Harvarddan başqa bir yerə getsinlər," – deyə universitet qeyd edib.

Tramp administrasiyası ölkənin ən qədim və ən zəngin universiteti olan Harvarda qarşı çoxşaxəli təzyiqlərə başlayıb: milyardlarla dollarlıq qrant və maliyyə yardımlarını dondurub, onun vergi azadlığını ləğv etməyi təklif edib və bununla bir sıra hüquqi mübahisələrə səbəb olub.

Harvard Tramp administrasiyasının universitetin idarəetmə strukturuna, tədris proqramına və professor-müəllim heyətinin və tələbələrin ideoloji baxışlarına müdaxilə tələblərinə tabe olmadığı üçün cəzalandırıldığını iddia edir.

Harvardın xarici tələbə sertifikatı ləğv edildi – məhkəmə dərhal müdaxilə etdi

Universitet ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Kristi Noemin 22 may tarixində verdiyi qərardan sonra məhkəməyə müraciət edib. Həmin qərarda nazir Harvardın Xarici Tələbə və Mübadilə Proqramı üzrə sertifikatının dərhal ləğv olunduğunu elan etmişdi. Bu sertifikat universitetə xarici tələbə qəbuluna icazə verir.

Noemin bu addımı hakim Burrouz tərəfindən dərhal bloklanıb. Ötən həftə Burrouzun keçirdiyi dinləməyə bir gün qalmış isə Nazirlik strategiyasını dəyişərək Harvardın sertifikatına qarşı daha uzunmüddətli inzibati prosedurla irəliləməyi planlaşdırdığını bildirib.

Buna baxmayaraq, Burrouz Harvardın tələbi ilə daha uzunmüddətli ilkin qadağa qərarı verməyi planlaşdırdığını, bu qərarın Harvardın beynəlxalq tələbələrinin hüquqlarının qorunması baxımından zəruri olduğunu deyib.

Tramp administrasiyasından sərt ittihamlar: Harvard “xarici düşmənlərlə əlaqədə” və “radikal meyllərdə” günahlandırılır

Çərşənbə günü Tramp tərəfindən imzalanmış iki səhifəlik göstərişdə Harvard Universitetinin “narahatlıq doğuran xarici əlaqələr və radikal meyllər” nümayiş etdirdiyi, o cümlədən Çin də daxil olmaqla “xarici düşmənlərlə geniş əlaqələr” saxladığı iddia olunub.

Həmin sənəddə həmçinin qeyd olunur ki, Harvardda son illərdə cinayət halları kəskin artıb, kampusdakı bəzi qayda pozuntularına görə intizam tədbirləri görülməyib və universitet, xarici tələbələrin “bilinən qeyri-qanuni və ya təhlükəli fəaliyyəti” barədə Daxili Təhlükəsizlik Nazirliyinə yetərli məlumat təqdim etməyib.

Harvard bu iddiaların heç bir əsasının olmadığını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 İyun 2025 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see334

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see277

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see262

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see250

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see249

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see234

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see225

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see217

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see199

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see199

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see193

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see192

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see191

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see190

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see182

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see178

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see170

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see164

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri