Hakim vətəndaşın evini əlindən alır? 10 gün vaxt verib ki, buranı boşaldın
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı küçəsi, 27 ünvanında yerləşən evlə bağlı qeyri-müəyyənlik yaranıb.
Kərimovlar ailəsinin sözlərinə görə, onlar 70 ilə yaxındır həmin ünvanda yaşayırlar. Ailə 2011-ci ildə məhkəməyə müraciət edərək evə dair dövlət reyestrindən çıxarış alıb və mülkiyyət hüququnu rəsmiləşdirib.
Ailə bildirib ki, illər sonra Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanova evlə bağlı iddia irəli sürüb və məhkəmə prosesləri nəticəsində onun iddiaları təmin olunub.
Ailə üzvləri hakimin öz səlahiyyətlərindən sui-istifadə etdiyini deyirlər.
"İndi o hakimdir, əli hər yerə çatır deyə, bu qədər adamı bayıra atmalıdır?! 9 nəfər harada yaşamalıdır?! İllərdir harada idi? Eşitdi ki, buralar sökülür, indi gəlib ev istəyir", - deyə şikayətçi Nüşabə Hüseynova söyləyib.
Ailə həmçinin bildirib ki, uzun illər ərzində həmin evdə qeydiyyatda olublar, kommunal xərcləri ödəyiblər və evdə müxtəlif tikinti işləri aparıblar.
"İcra hər gün gəlir ki, evi boşaltmalısınız. Əks halda polisə, Fövqəladə Hallar Nazirliyinə müraciət edəcəklərini və bizi güc tətbiq etməklə evdən çıxaracaqlarını deyirlər", - deyə digər şikayətçi Riyad Kərimov bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 03 Sentyabr 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















