Icma.az
close
up
RU
Sənədsiz evlərə dair “yenilik” Vətəndaşın yaşamaq hüququnu əlindən necə alır? FOTO

Sənədsiz evlərə dair “yenilik” Vətəndaşın yaşamaq hüququnu əlindən necə alır? FOTO

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Azərbaycanda ötən ildən başlayaraq, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilən və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərə qoşulması qadağandır.


Bakupost.az azpolitika.info-ya istinadla xəbər verir ki, “kupça”sı olmayan, qeyri-yaşayış təyinatlı torpaqlarda tikilən fərdi evlərin elektrik, istilik, mavi qaz, su xətlərinə qoşulması mümkün deyil. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sistemində həmin tikililərə sayğac qoyulması qadağan edilib.

Təbii ki, ölkədə sənədsiz evlərlə bağlı qayda-qanun, nizam-intizam yaratmağın vaxtı çoxdan çatıb. 21-ci əsrdə, tez-tez Cənubi Qafqazın ən müasir, lider ölkəsi kimi təqdim olunan, “formula-1”-lər, “avrovizion”-lar, “Avropa oyunları”, “cop-29”-lar, beynəlxalq səviyyəli daha nələr-nələr keçirmiş 10 milyon əhalisi olan bir məmləkətdə yarım milyondan çox sənədsiz evin olması biabırçılıqdır, utancvericidir. Bu mənzərənin yaranmasına görə məsuliyyətin tək vətəndaşın üzərinə atılması isə ikiqat biabırçılıqdır.

Azərbaycanda yerli hüquq-mühafizə və icra hakimiyyəti orqanlarının “şifahi razılığı” olmadan kimsənin daşı daş üstə qoya bilməməsi hər kəsə məlumdur. Bu “razılığın” necə alındığı da heç kimə sirr deyil. Belə olan halda, yarım milyondan çox qanunsuz tikili necə, hardan peyda olub və buna görə məsuliyyəti, bunun əziyyətini nəyə görə vətəndaş çəkməlidir? Bu gün həmin vətəndaş üstəlik, tikdiyi evə qaz, işıq, su çəkə bilmədiyi üçün də əziyyət çəkir. Nə sənəd, nə də komunal xidmət ala bilir.

Əlbəttə ki, bu ölkədə heç kim qeyri-yaşayış təyinatlı torpaqda kefindən ev tikməyib. Deməli, vətəndaşın başqa çarəsi, qanuni ərazilərdə torpaq alıb ev tikmək üçün maddi imkanı yoxdur ki, ucuz və sənədsiz torpaqlara qaçıb (Bəzən bunlara ev də yox, daxma demək olar). Hökumət isə həmin kasıbın vəziyyətini öyrənib kömək və yol göstərmək, problemini həll etmək, ona yardım, yaxud ucuz kredit, qanuni torpaq təklif etmək əvəzinə, qazsız, işıqsız, susuz qoymaqla vəziyyətini daha da ağırlaşdırır.

Bu, xüsusilə də kənd rayonlarında böyük problemlər yaradır. Kəndlərdə evlər əsasən pay torpaqlarda tikilib. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən, sifarişçi tikintiyə başlamazdan əvvəl niyyəti barədə yerli icra orqanına məlumat verir. Bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma, tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzrərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini təqdim edir. Əgər sənədlər uyğun gəlirsə, tikintiyə icazə verilir.

Bunu “adi dilə” çevirsək, qanunla əvvəlcə torpağa “kupça” almalısan. Bunun üçün ailənin bütün üzvlərinin razılığı olmalıdır. Bəzən artıq hələ bu mərhələdə belə problemlər yaşanır. Sonra layihə hazırlatmalı və təsdiqlətməlisən. Daha sonra bu və bütün lazım olan digər sənədləri yığıb evə “kupça” almalısan. Həmin proses zamanı müxtəlif yeni problemlər, get-gəllər ortaya çıxır. Bütün bu proses müxtəlif obyektiv və subyektiv səbəblərdən aylarla, bəzən illərlə vaxt apara bilir. Yaxud, kəndlərdə atadan, babadan qalma evlər var ki, onlar zamanında sənədləşdirilməyib. İndi sənədləri qaydaya salmaq üçün məhkəməyə, sonra digər müvafiq qurumlara müraciət etməlisən. Bir sözlə, “get-gəl”, “çək-çevir” və sair.

Yeri gəlmişkən, əmlakın sənədləşdirilməsi üçün rüsum və xidmət haqlarının məbləği də başqa bir problemdir. Bu sənədləşməni aparan dövlət qurumu vətəndaşdan həm rüsum, həm də ximət haqqı alır. Digər xərcləri də nəzərə alsaq, məbləğ 1000 manatı keçir. Bu da xüsusilə kəndlərdə vətəndaşların çoxu üçün böyük məbləğdir...

Nəhayət, bütün bunlar üçün lazım olan vaxt kəsimində vətəndaşa nə işıq, nə qaz, nə də su verilə bilər. Nəticədə bu yanaşma sənədsiz evlərlə bağlı qayda-qanun yaradılmasına yox, vətəndaşa qarşı cəza mexanizminə çevrilir. Bu, bir problemi həll etmək adı altında başqa bir ciddi problem yaratmaqdır!

Qarşıdan qış gəlir. Ali qanuna görə hər bir vətəndaş bu ölkənin təbii sərvətlərindən istifadə etmək və yaşamaq hüququna malikdir. Yaşamağa başqa yeri olmadığı üçün əlacsızlıqdan sənədsiz evdə, özü də körpə uşaqla qalan hansısa gənc ailəni istiliksiz, susuz, işıqsız qoymaq isə onun yaşamaq hüququnu göz görə-görə əlindən almaqdır! Bəlkə bunu kimlər düşünüb, kimlər məcəlləyə yazıbsa, onların özlərini bircə gün bu vəziyyətə salmaq lazımdır ki, çarəsiz insanların halını anlasınlar?


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 Sentyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri