Icma.az
close
up
RU
Hakimdən vəkilə İRAD Talassemiyalı uşaqlarla bağlı MƏHKƏMƏ

Hakimdən vəkilə İRAD Talassemiyalı uşaqlarla bağlı MƏHKƏMƏ

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Aynur Bayramovanın vəkilləri yenə iştirak etməyib.

Hakim Azad Məcidov buna irad bildirib: "Təqsirləndirilən Aynur Bayramovanın üç vəkili var, amma heç biri iştirak etmir. Buna səbəb də bildirməyiblər. Bura insanlar rayondan gəlir. Vəkillərinə de ki, məsuliyyətli olsunlar".

Bu səbəbə görə prosesə fasilə verilib.

Daha sonra vəkil prosesə qatılıb və gecikdiyi üçün üzr istəyib. Sədr vəkilə vaxtında gəlmədiyi üçün irad bildirib.

Daha sonra zərərçəkən Ramin Dadaşov ifadə verib. 

O bildirib ki, bir övladı talassemiya xəstəliyindən dünyasını dəyişib:

"Sonra ikinci uşağım dünyaya gəldi. Onda da talassemiya xəstəliyi tapıldı. Aysel Məmmədovayla danışıb, vəziyyəti izah etdim. Dedi ki, əməliyyat üçün 80 min dollardan artıq vəsait lazımdır. Daha sonra qohumum Mayis Bayramova 30 min dollar verdim ki, Nuridəyə versin. O, 30 min dollar pulu Toğrulun yanında Nuridəyə vermişdi. Mayisin oğlu da xərçəng xəstəsi idi. Bu səbəbdən Nuridəgili tanıyırdı.  Daha sonra talassemiya qrupunda Nuridənin ölkədən qaçdığı barədə məlumat oxudum. Ayseldən soruşanda  dedi ki, Nuridə həbs olunub. A.Məmmədovanın dayısı mənə 15 min manat qaytarıb. Hazırda hər iki şəxsdən qalan 36 min manatı tələb edirəm".

Zərərçəkən Kəmalə Nuriyeva xəstə övladını Tallesimiya mərkəzində qan köçürməyə apararkən yardım edən şirkətlə bağlı xəbərlər eşidib və orada Aynur Bayramova ilə tanış olub: " Aynur Bayramova mənə yardım edəcəyini söylədi. Bir müddət sonra zəng edib donorun tapıldığını söyləyib məni o qədər sevindirdi ki, elə bildim yenidən dünyaya gəlmişəm. Düşünürdüm ki, o, bir mələkdi. Dedi ki, 93 min dollar donorun qiymətidir. Lakin, aksiya var, 20 min dollar versəm kifayətdir. Nəyim var satdım. Tək anayam və o, tək övladımdır deyə bütün qohumlarım mənə pul göndərdi. Mən hazırda bu pulu Aynur Bayramova və Nuridə Seyidovadan tələb edirəm".

Zərərçəkən Solmaz Eyvazova bildirib ki, o, xəstə nəvəsinə donor axtarıması üçün Aysel Məmmədovaya 6800 manat pul ödəyib. Bir müddət sonra isə uşaqların müalicə üçün göndərilməsi ilə məşğul olduğunu iddia edən Aynur Bayramova ilə tanış olub: "Çinar Plazada təqsirləndirilən hər üç şəxs ilə bu məsələni danışdım. Aysel Məmmədova məndən 30 min dollar pul istədi. Aynur Bayramova isə 15 min dolların kifayət edəcəyini dedi. Mən 25.500 manat Nuridə Seyidovaya verdim. Yan otaqdan bir oğlan gəlib saydı. Mən 15 min dolları N.Seyidovadan, 6 min 800 manatı Aysel Məmmədovadan tələb edirəm".

Nuridə Seyidova pulu aldığını qəbul edib. Lakin, pulu Aynur Bayramovaya verdiyini deyib. A.Bayramova isə həmin vaxt Türkiyədə olub.

Digər zərərçəkən Ceyran Musayevanın nəvəsi talassemiya xəstəsidir. O da Aynur Bayramova ilə Talassemiya mərkəzində tanış olub:

"Aynur Bayramova və onun vasitəsilə tanış olduğum Nuridə Seyidova ilə kafedə oturmuşduq. Onlara əlimdə olan 20 min manat pulu verdim. Aynur Bayramova da dedi ki, gətir, 300 dollar da ver, nəvənin qanını götürüm, gedim donor axtarım. Daha sonra dedi ki, donor Polşadan tapılıb. Qızım o zamanlar hamilə idi. Onun övladı dünyaya gəldikdən sonra belə onlardan səs çıxmadı. Qızım da kürəkənimlə birgə Samsuna getdilər. Orada öyrəndilər ki, adımıza pul köçürülməyib. Orada da çox xərcimiz çıxdı. Hazırda 20 mini və Samsunda xərclədiyim 13 mini Nuridə Seyidova və Aynur Bayramovadan tələb edirəm".

Növbəti proses fevralın 5-nə təyin edilib.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://lent.az
archiveBu xəbər 22 Yanvar 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri