Icma.az
close
up
RU
Talassemiyalı uşaqların bir milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmə

Talassemiyalı uşaqların bir milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmə

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Talassemiyalı uşaqlar üçün toplanmış bir milyon manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilənlər Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən proses zərərçəkənlərin ifadələri ilə davam etdirilib.

Övladı talassemiyadan əziyyət çəkən Şövkət İsayeva zərərçəkən kimi ifadə verərək vurğulayıb ki, övladının Türkiyədə müalicə olunmağı üçün təqsirləndirilən şəxslərlə görüşərək onlara 30 min dollar verib. Aradan bir müddət keçsə də, uşağın müalicəsi ilə bağlı hər hansı bir məlumat verilməyib. Bundan sonra xəstənin valideynləri Türkiyədəki xəstəxana ilə əlaqə saxladıqdan sonra məlum olub ki, bu barədə onlara müraciət olunmayıb.

Digər zərərçəkən Şahsuvar Paşayev də övladının müalicəsi ilə bağlı onlara 30 min dollar verdiyinə baxmayaraq, qarşılığında hər hansı bir müalicənin aparılmadığını deyib:

"Aynur xanımla Talassemiya Mərkəzində Xuraman xanımın vasitəsilə tanış olmuşuq. Nuridə Seyidovaya 30 min dollar vermişəm, lakin uşağı əməliyyat etmədilər. Pulum da batdı".

Buna münasibət bildirən Nuridə Seyidova deyib ki, pulu götürüb və Aynur Bayramovaya verib: "Aynurun uşağı xəstə olduğu üçün pulu o götürdü".

Tanınmış həkim Mircəlal Kazıminin adı bu dəfə də zərərçəkənlər tərəfindən prosesdə hallandırılıb.

Zərərçəkən Elnarə Xanmirzəyevanın oğlu Cahangir Xanmirzəyev şahid kimi ifadəsində bildirib ki, atası qaraciyər sirrozundan əziyyət çəkdiyi üçün onun müalicəsi ilə bağlı həkim axtarışında olublar:

"Bizi bu şəxslərə Gömrük Hospitalının həkimi Mircəlal Kazımi yönəltdi. Buna görə onlara 25 min manat verdik. Amma atamı əməliyyat etmədilər. Mircəlal həkimə bu barədə dedim. Bildirdi ki, onlar bizi də pis vəziyyətdə qoyublar, biabır ediblər".

Növbəti proses martın 19-na təyin edilib.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə, digər ağır xəstələrə, onların yaxınlarına qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfərin etibarından sui-istifadə edərək 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Mart 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri