Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı Video
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bolqarıstan Futbol İttifaqı “Lokomotiv Qorna Oryahovitsa” klubunun 15 yaşlı qapıçısı Aleksandr Stoyanovu hakimə hücum etdiyinə görə iki il müddətinə diskvalifikasiya edib.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, hadisə “Sofiya Klub Nasional”la 0:3 hesabı ilə başa çatan oyundan sonra baş verib. Hakim Vladimir Velevin qərarlarından narazı qalan Stoyanov final fitindən sonra onun belinə və başına bir neçə dəfə zərbə endirib. Komanda yoldaşı müdaxilə edərək qapıçını hakimdən uzaqlaşdırıb.
Bolqarıstan Hakimlər Assosiasiyası futbolçunun ömürlük diskvalifikasiya olunmasını tələb etsə də, yaşı buna imkan verməyib. Nəticədə Stoyanova mümkün olan ən ağır cəza - iki illik diskvalifikasiya tətbiq olunub.
Hadisəyə görə “Lokomotiv”in köməkçi məşqçisi iki oyunluq cəza alıb və 387,50 avro cərimələnib. Qarşıdurma zamanı qırmızı vərəqə alan Svilen Veselinov və Stefan Çukurliev də iki oyunluq diskvalifikasiya ediliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 15 Oktyabr 2026 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















