Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ekvadorun 3-cü divizionunda çıxış edən “Syudad-de-Yantsasa” klubunun futbolçusu Con Perlasa hakim köməkçisinə hücum etdiyinə görə 8 il müddətinə diskvalifikasiya olunub.
QOL.az xəbər verir ki, hadisə oktyabrın 17-də “Rio-Aquariko” ilə matçda baş verib. Futbolçu hakim köməkçisinə daş atıb. Daş hakimin üzünə dəyərək ciddi xəsarət yetirib. Zərərçəkən əməliyyat olunub. Onun sağalması üçün 60 günə qədər vaxt lazım ola bilər. Qarşılaşma yarımçıq dayandırılıb.
Ekvador Futbol Federasiyasının İntizam Komitəsi araşdırmadan sonra Perlasanı oyunun rəsmi şəxsinə fiziki hücumda təqsirli bilib. Futbolçu 19 oktyabr 2034-cü ilədək futbolla bağlı bütün fəaliyyətlərdən kənarlaşdırılıb.
Federasiya cəzanın bütün dünyada qüvvədə olması üçün FİFA-ya müraciət etməyi də planlaşdırır. Tələb qəbul olunarsa, Perlasa Ekvadordan kənarda da futbol fəaliyyəti ilə məşğul ola bilməyəcək.
Hadisəyə görə klub da cəzalandırılıb. “Syudad-de-Yantsasa” 2 min dollar cərimələnib, həmçinin zərərçəkmiş hakimin müalicə xərcləri üçün əlavə 4369,73 dollar ödəməli olacaq.
Qeyd edək ki, klub hadisədən üç gün sonra hakimlər briqadasından və azarkeşlərdən üzr istəyib, idmanda zorakılığın bütün formalarını pisləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 19 Noyabr 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















