Icma.az
close
up
RU
Hakimiyyət dəyişməyəcək, müxalifət gücsüzdür POLİTOLOQ

Hakimiyyət dəyişməyəcək, müxalifət gücsüzdür POLİTOLOQ

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Gürcüstanda 28 noyabr aksiyası da uğursuzluğa məhkumdur, hakimiyyət yalnız seçki ilə dəyişə bilər

Gürcüstanda siyasi proseslər gərgin olaraq qalır və hakimiyyətlə müxalifət arasındakı qarşıdurma gündəmin əsas mövzularından biri kimi diqqət çəkir. Seçkilərdən sonra yaranmış böhran və cəmiyyətdə artan narazılıq fonunda müxalif qüvvələr yeni fəaliyyət strategiyası axtarır. Məhz belə bir məqamda Federalistlər Partiyasının sədri Tamar Çerqoleişvilinin hakimiyyət dəyişikliyinin mümkün yolları ilə bağlı səsləndirdiyi fikirlər ictimai müzakirələrin mərkəzinə çevrilib. Onun açıqlamaları qarşıdakı etirazların mahiyyəti, müxalifətin hazırlığı və cəmiyyətin proseslərdə roluna dair mühüm məqamları ortaya qoyur.

T.Çerqoleişvili deyib ki, Bidzina İvanişvilinin rejimini tez bir zamanda devirmək üçün cəmi iki şey lazımdır. Birincisi, qəti və tamamilə dinc, çevik etiraz - rejimi tanımayan, onunla əməkdaşlıq etməyən və doğru anda dalğaya çevrilə bilən etiraz. İkincisi, siyasi alternativ və məzmun”.

Çerqoleişvili hesab edir ki, 4 oktyabr seçkilərindən sonra keçirilən etiraz aksiyalarından daha effektlisini təşkil etmək mümkündür: “Ümid edirəm ki, o zaman bənzər səhvlər təkrar olunmayacaq, belə hallar rejim tərəfindən bizim ziyanımıza istifadə edilir. Artıq olanlar bəsdir, bundan çoxunu edə bilmərik, qalanını hadisələrin axını özü edəcək. İndi əsas məsələ noyabrın 28-də çoxlu insanın toplanması və rejimin istefasının tələb edilməsidir. Rejimin istefası seçkilər və siyasi məhbusların azad olunması deməkdir. Amma hadisələrin axınının rejimin dəyişməsi ilə nəticələnməsi üçün ikinci tapşırığın da yerinə yetirilməsi lazımdır, vətəndaşlara aydın şəkildə çatdırılmalıdır ki, alternativ mövcud status-kvodan daha yaxşıdır. Burada müxalifət televiziyalarına ümid edə bilmərik, yeganə ümid odur ki, onlar o qədər zəifləməlidirlər ki, gündəliyi qarışdıra və işi korlaya bilməsinlər. Sosial şəbəkələrə isə ümid edirəm. Plan budur. Başqa plan yoxdur, qalan hər şey əbəsdir”.

Gürcüstanda baş verən siyasi prosesləri dəyərləndirərkən politoloq Əhəd Məmmədli yaxın perspektivdə əsaslı dəyişiklik ehtimalının olmadığını vurğulayıb. Politoloq Sherg.az-a bildirib ki, müxalifət qarşıya qoyduğu hədəfləri reallaşdırmaq gücündə deyil, bu səbəbdən də hazırkı iqtidar siyasi mövqeyini qorumaqda davam edəcək:

“Seçki ərəfəsində keçirilən aksiyalarda küçələrə toplanan insanların sayı, seçkilərin iddia edildiyi qədər saxtalaşdırılması versiyasını təsdiqləmir. Əgər doğrudan da ictimai narazılıq iddia olunduğu səviyyədə olsaydı, etiraz meydanlarında qat-qat artıq insan görünərdi. Bu durum göstərir ki, Gürcüstan cəmiyyətinin böyük hissəsi müxalifətin iddiaları ilə həmrəy deyil. Xalqın kiçik bir seqmentinin reaksiyasını bütün ölkənin mövqeyi kimi təqdim etmək yanlışdır. Mövcud mənzərə onu göstərir ki, müxalifət emosional çağırışlarla bir müddət etiraz dalğası yarada bilər, lakin bu dalğa əvvəlki illərdə olduğu kimi qısa müddətdə səngiyəcək. Çünki artıq Gürcüstanda 2004-cü ilin inqilabi ovqatı yoxdur”.

Politoloqun fikrincə, Gürcüstanda son 20 ildə seçkilər yolu ilə formalaşmış və təkrar seçkilərlə möhkəmlənmiş siyasi sistem var. Belə bir siyasi konstruksiyanı yalnız küçə etirazları ilə sarsıtmaq demək olar ki, mümkün deyil:

“Biz bunu Paşinyan nümunəsində gördük. Ona qarşı müxtəlif cəhdlər edildi, lakin o, seçkilərdə yenidən qalib gələrək hakimiyyətini davam etdirdi. Müxalifət küçə təzyiqi ilə nəticə əldə edə bilmədi. Eyni vəziyyət Gürcüstanda da müşahidə olunur. “Gürcü Arzusu” Saakaşvili dönəmindən sonra seçki mexanizmlərini gücləndirib və hər dəfə məhz seçkilər vasitəsilə hakimiyyətini qoruyub. Gürcüstanda müxalifət uzun illərdir ki, küçə nümayişlərinə əsaslanan taktikanı seçir, lakin bu yanaşma heç vaxt istədikləri nəticəni verməyib. 28 noyabra təyin edilən aksiyada da müxalifətin uğur qazanmayacağını düşünürəm. Gürcüstanda hakimiyyətin dəyişməsi yalnız seçki yolu ilə mümkündür. Ənənəvi küçə etirazları nə siyasi balansı dəyişməyə, nə də iqtidarın legitimliyini sarsıtmağa qadirdir. Bu baxımdan, böyük ehtimalla bu dəfə də müxalifət gözlədiyi nəticəni əldə etməyəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Noyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri