Icma.az
close
up
RU
Kilsə birləşmiş müxalifət hakimiyyət qarşıdurması şiddətlənir

Kilsə birləşmiş müxalifət hakimiyyət qarşıdurması şiddətlənir

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanda nə baş verir?

Gələn ilin yayında növbəti parlament seçkilərinə hazırlaşan Ermənistanda ictimai-siyasi vəziyyət kritik dərəcədə gərgin olmaqda qalır. Məsələ burasındadır ki, bu ölkədə xarici güclərin təsir imkanları kifayət qədər böyükdür və onlar Ermənistanın siyasi kursunu dəyişmək, parlament seçkiləri vasitəsilə hakimiyyəti əvəzləməklə bağlı  ssenarilər reallaşdırmağa çalışırlar.

Cərəyan edən son hadisələr fonunda aydın şəkildə görünür ki, sabiq prezidentlər, yeni formalaşdırılan müxalifət, cəmiyyətdəki “beşinci kolon” təmsilçiləri, revanşistlər, kilsə bu planlarda yer alırlar. Hakimiyyətə qarşı birləşən qüvvələr cəmiyyəti ələ almaqdan ötrü müxtəlif məzmunlu populist çıxışlar edirlər, Baş nazir Nikol Paşinyanı və onun komandasını milli maraqları qurban verməkdə suçlayırlar, hətta bir qədər də irəli gedərək Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində əldə olunan uğurlara, Vaşinqton razılaşmalarına kölgə salmağa cəhdlər göstərirlər. Hakim komanda isə öz növbəsində sərt mövqe sərgiləməklə kilsə-birləşmiş müxalifət cütlüyünün planlarını pozmağa çalışır və deyə bilərik ki, hələlik buna nail olmağı bacarır. 

Gümrü merinin həbsi ətrafında yaranan ajiotaj

Son illərdə Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrü həm də siyasi proseslərin episentrlərindən biri qismində diqqət çəkir. Xatırladaq ki, Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gedən yoluna məhz bu şəhərdən başlayıb. O, həmin dövrdə Gümrüdəki mitinqləri bütün ölkə boyunca geniş etiraz dalğasına çevirməyi və hakimiyyətə gəlməyi bacarıb.

Ayrı-ayrı düşərgələrdə növbəti parlament seçkilərinə hazırlıqlar aparıldığı indiki dönəmdə də Gümrü diqqət mərkəzindədir.  Bugünlərdə Gümrünün meri Vardan Qukasyan və şəhər meriyasının 7 əməkdaşı Antikorrupsiya Komitəsində aparılan cinayət işi çərçivəsində saxlanılıblar. Milli Təhlükəsizlik Xidmətinin və Ermənistan Baş Prokurorluğunun İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, Gümrü meri və şəhərin baş memarı ilə bağlı rüşvət faktları üzrə cinayət işləri başlanıb.

Gümrü merinin həbsi hüquq-mühafizə orqanlarının apardığı uzun araşdırmaların nəticəsində mümkün olub. Onun ətrafında çəpər getdikcə daralırdı və nəhayət gözlənilən həbs reallaşıb. Ermənistan mətbuatında verilən məlumatlara görə, Vardan Qukasyan 7 nəfərlə birlikdə Gümrüdə qısa müddətdə geniş korrupsiya şəbəkəsi qurmağa nail olunub. Üzə çıxan faktlardan da məlum olur ki, bələdiyyə sədri və şəhərin baş memarı sahəsi təxminən 1500 kvadratmetr olan qanunsuz tikilmiş binanın leqallaşdırılmasına görə 4 milyon dram, yəni 10 min dollar rüşvət tələb ediblər və alıblar. İşə həmçinin şəhər ağsaqqallar şurasının arzuolunmaz üzvlərini şantaj etmək, eləcə də bələdiyyə sədrinin yaxın qohumuna məxsus torpaq sahələrini qanunsuz özəlləşdirməyə və icazəsiz tikintini leqallaşdırmaq cəhdlərinə dair ittihamlar da daxildir. Maraqlıdır ki, həbs edildikdən sonra Vardan Qukasyan ona qarşı irəli sürülmüş ittihamları nə qəbul, nə də rədd edib.

Ancaq Gümrü meriyasında həyata keçirilən həbslərin yeganə səbəbinin rüşvətalma faktı olduğunu düşünmək sadəlövhlük olardı. Xatırlatmaq istərdik ki, 2025-ci ilin aprelində keçirilən yerli seçkilərdə hakim komanda Gümrüdə Serj Sarqisyan, Robert Köçəryan və apostol kilsəsinə məğlub olub. Belə ki, müxalifəti təmsil edən Vardan Qukasyan şəhərin meri seçilib. O, sonrakı fəaliyyəti dönəmində də hazırkı hakimiyyətə qarşı müxalif mövqeyi ilə fərqlənib və Baş nazir Nikol Paşinyan hökumətini ölkəni “Türkiyənin vilayətinə” çevirməyə çalışmaqda ittiham edib. Bundan başqa, o, Ermənistanın Rusiya və Belarusla vahid gömrük ittifaqında olmasını təşviq edirdi. Bu tezis isə indiki hakim komandanın irəli sürdüyü xarici siyasət doktrinası ilə ziddiyyət təşkil edir. Məlumdur ki, hazırkı iqtidar ölkənin gələcəyini Avropaya inteqrasiyada görür və bu istiqamətdə davamlı fəaliyyət həyata keçirir.

Beləliklə, Gümrü merinin həbsinin həm də siyasi amillərdən qaynaqlandığı aydın şəkildə görünür. Yeri gəlmişkən, Vardan Qukasyanın həbsi onun bağlı olduğu dairələrdə qəzəblə qarşılanıb. Baş verənlərdən sonra müxalifət, xüsusən də Serj Sarqisyana və Robert Köçəryana yaxın qüvvələr hərəkətə keçiblər. Həmin düşərgədə Gümrüdəki həbslər siyasi repressiya kimi dəyərləndirlib. Respublikaçılar partiyasının üzvü Armen Aşotyan bəyan edib ki, Nikol Paşinyanın demokratiya köpüyü artıq partlayıb. Onun fikrincə, hakimiyyət demokratiya mifini Qərbə satır, ölkədə avtoritar meyillər gücləndiyi halda, seçilmiş merə qarşı indiki hərəkətlər Baş naziri avtoritar liderlərlə bərabər səviyyəyə qoyur.

Ancaq Gümrü merinin həbsi ətrafında sabiq prezidentlərə bağlı olan qüvvələrin ajiotaj yaratmaq cəhdləri onların ümid etdiyi nəticəni vermir. Belə ki, bu dəfə də Ermənistan cəmiyyətində hakim komandanın nüfuzunun daha yüksək olduğu müşahidə edilir. Seçkilərin qalibi olan Gümrü merinin həbsi Ermənistanda geniş rezonans doğurmadı, yalnız şəhərin özündə azsaylı etiraz aksiyası baş tutdu. Gümrü meriyası yaxınlığında keçirilən etiraz aksiyasından sonra 41 nəfərə qarşı cinayət işi açılıb. İstintaq Komitəsindən bildirilib ki, onlar kütləvi iğtişaşlar törətmə işi çərçivəsində ittiham olunurlar. Baş nazirin özü də daha inamlı görünür. O, parlamentdə çıxışı zamanı ölkənin suverenliyinə qarşı çıxan şəxslərlə haqq-hesab çürütməyin vacib olduğunu bəyan edib.

Yeri gəlmişkən, Vardan Qukasyana siyasi məzmunlu ittihamların irəli sürülməsi də özünü çox gözlətməyib. Belə ki, ona qarşı açıq şəkildə Ermənistanın suverenliyindən imtina etməyə çağırdığına görə yeni cinayət işi açılıb. Yerli KİV-in yazdığına görə, hüquq-mühafizə orqanları işin başlanılıb-başlanmaması ilə bağlı iki gün vaxt sərf edib. Oktyabrın 25-də Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə yeni cinayət təqibinin başlanması barədə qərar qəbul edilib.

İttihamlar Qukasyanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin həyətində Ermənistanın suverenliyindən imtinaya çağırış kimi səciyyələndirilən digər ölkələrlə ittifaq yaratmaq niyyəti ilə bağlı bəyanatlarından irəli gəlir. Merin vəkilləri ittihamların bu maddə ilə əlaqəsi olmadığını və siyasi motivli olduğunu düşünürlər. Baş verənləri və N.Paşinyanın parlamentdə verdiyi bəyanatı dəyərləndirən analitiklər ölkədə yeni həbslər dalğasının gələcəyini də istisna etmirlər.

Hakimiyyət kilsənin günahlarını yuyur

Bütün səmavi dinlər insanları xeyirxahlığa, barışa, nifrətə “yox” deməyə çağırır. Ancaq bunu erməni kilsəsinə və din xadimlərinə aid etmək əsla mümkün deyil. Məlumdur ki, Ermənistan cəmiyyətinə uzun illər ərzində yalançı miflər aşılanıb. Ermənilərin şüurunu zəhərləyən, onları qonşu xalqlara, Türkiyəyə və Azərbaycana qarşı düşmənçiliyə sövq edən zərərli ideologiya əsasən kilsədən qaynaqlanıb və bu gün də din xadimləri bəd niyyətlərindən geri çəkilmək istəmirlər. Əlbəttə ki, kilsənin təmsilçiləri bunu heç də xalqın maraqları naminə etmirlər. Onlar ilk baxışda cəlbedici görünən ideyaları ilə cəmiyyəti ələ almaq və hakimiyyət üzərində nəzarətlərini təmin etmək niyyətindədirlər. Ermənistanda kilsənin uzun illərdir ki, yalnız dini işlərlə məşğul olmadığı, həmçinin siyasətə, o cümlədən də seçkilərə nüfuz etmək cəhdlərində bulunduğu heç kəsə sirr deyil və açıq müzakirə mövzusudur. Aydın məsələdir ki, kilsə qarşıdan gələn seçkilərə də seyirçi qismində qalmamağa çalışacaq.

Kilsənin siyasiləşməsi, cəmiyyəti, xüsusilə də gəncləri zərərli ideyalarla “silahlandırması” Baş nazir Nikol Paşinyanı qane etmir və o xeyli müddətdir ki, keşişlərə qarşı açıq savaşa başlayıb. Baş nazir birmənalı şəkildə bildirir ki, kilsənin insanların beyninə yeritdiyi “Böyük Ermənistan” ideyası əslində erməni xalqını uçuruma sürükləyir, ölkənin bəlaları məhz bu zərərli təbliğatdan qaynaqlanır. Ölkənin müstəqilliyi və xalqın xoşbəxtliyi ancaq real Ermənistan daxilində mümkündür, kilsənin qonşu xalqlara nifrət aşılaması yolverilməzdir. Kilsə miflərini dağıdan Baş nazir həmçinin erməni din xadimlərinin cinayətlərini də faş etməkdən çəkinmir. Xatırladaq ki, bundan əvvəl N.Paşinyan katolikos II Qaregini subaylıq andını pozmasına görə ittiham edib. İndiyədək kilsə Ermənistan cəmiyyətində müqəddəs və toxunulmaz sayılırdı. Baş keşişin subaylıq andını pozması ittihamları bütün Ermənistan cəmiyyəti və milli-mənəvi dəyərləri üçün böyük təhqir anlamında qəbul olundu. Bu, kilsə mifinin puç olması deməkdir.

N.Paşinyan kilsəyə vurduğu ideoloji zərbənin davamını keşişlərin həbsə alınması ilə gətirib. Bir neçə gün bundan əvvəl Ermənistanda 5 yüksək vəzifəli keşiş İstintaq İdarəsinə çağırılıb. “Müqəddəs Eçmiədzin” monastır kompleksinin məlumatına əsasən, onların arasında katolikos II Qareginin qardaşı oğlu, yepiskop Mkrtıç Proşyan da var. Bildirilib ki, Mkrtıç Proşyanla yanaşı, 12 keşiş və yeparxiyanın mühasibi, xəzinədarı və referentin də yaşadığı mənzildə axtarış aparılıb. Proşyan da daxil olmaqla 6 keşiş barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yepiskopa qarşı Cinayət Məcəlləsinin “seçki hüququnun həyata keçirilməsinə və seçki komissiyalarının işinə maneçilik” və “mitinq keçirilməsinə və ya mitinqdə iştirak etməyə maneçilik, həmçinin iştirak, yaxud imtina üçün maddi həvəsləndirmə” maddələri üzrə ittiham irəli sürülüb.

Eyni zamanda, apostol kilsəsi tərəfindən təsis edilən “Şoqakat” televiziya kanalı bağlanır. Bu barədə Ermənistan mediası xəbər yayıb. Bildirilir ki, Ermənistan parlamenti “Audiovizual media haqqında” qanuna dəyişiklikləri sonuncu oxunuşda qəbul edib. Bu dəyişikliklər ictimai televiziya kanallarının sayının ikiyə endirilməsini, maarifləndirici və mədəni proqramların yayımlanması ilə bağlı məcburi tələbin ləğv edilməsini nəzərdə tutur. Qanun layihəsinin əsaslandırılmasından aydın olur ki, söhbət “Şoqakat” dini-maarifləndirici televiziya şirkətinin ictimai multipleksdən çıxarılmasından gedir.

Kilsə təmsilçilərinin kütləvi şəkildə həbsinə hakim komandanın rəqiblərindən  reaksiyalar özünü çox gözlətməyib. Keçmiş ombudsman və “Birlik qanadları” təşəbbüsünün rəhbəri Arman Tatoyan baş verənləri Nikol Paşinyanın kilsəyə qarşı siyasi kampaniyasının bir hissəsi adlandırıb: “O, məhkəmə, prokuror, müstəntiq və əməliyyat işçisi funksiyalarını öz üzərinə götürüb. Kilsə ilə siyasi hesablaşma ssenarisini əvvəlcə onu nüfuzdan salan hakimiyyət, indi təbliğatı konkret hərəkətlərlə həyata keçirməyə başlayıb”, - deyə keçmiş ombudsman bildirib.

Hökumət başçısı Nikol Paşinyan isə kilsəyə qarşı hücumlar barədə ittihamları rədd edərək deyib ki, kilsə və yepiskop eyni şey deyil. Mövqeyini qəti şəkildə ortaya qoyan baş nazir bildirib: “Erməni Apostol Kilsəsinin tarixində yepiskopların cinayət təqibi halları olsa da, kilsə fəaliyyət göstərməyə davam edib. Hüquq-mühafizə orqanlarının əməliyyatları xarici bəyanatlarla əlaqəsi olmayan müstəqil istintaq tədbirləridir”.

Belə görünür ki,  Erməni Apostol Kilsəsi, burada cəmləşən keşişlər və digər din xadimləri başdan - ayağa günah içindədirlər. Onilliklər boyunca davam edən bu günahları yumaq missiyasını indi Baş nazir Nikol Paşinyan öz üzərinə götürüb. Onun kilsə məkrinin öhdəsindən necə gəlib-gəlməyəcəyini isə zaman göstərəcək.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Oktyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri