Hakimiyyətdən getmək qarşılığında Maduronun tələbləri açıqlandı
Icma.az bildirir, Tribuna portalına istinadən.
Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampa hakimiyyətdən getməsi qarşılığında 200 milyon dollar dəyərində aktivlərinin qorunmasını, rəsmi şəxslər üçün amnistiya və üçüncü ölkədə siyasi sığınacaq verilməsini istəyib.
Tribuna xəbər verir ki, bu barədə The Telegraph nəşri məlumat yayıb.
Daha əvvəl bildirilmişdi ki, Ağ Evin Venesuela Prezidenti Nikolas Maduro ilə apardığı son danışıqlar üç əsas məsələ — amnistiya, silahlı qüvvələrə nəzarət və Maduronun təcili istefası səbəbindən dalana dirənib.
Liderlər arasında telefon danışığı birbaşa qarşıdurmanın qarşısını almaq üçün son cəhd kimi qiymətləndirilirdi. Lakin bu dialoq heç bir nəticə verməyib.
Mənbənin məlumatına görə, Tramp Madurona sığınacaq üçün Çin və ya Rusiya variantlarını təklif edib. Venesuela lideri isə Qərb yarımkürəsində qalmaq niyyətində olub və Kuba kimi dost ölkəni əsas variantlar sırasında nəzərdən keçirib. Mümkün kompromis variantı kimi Qətər də müzakirə olunur.
Bundan əlavə, Maduronun onlarla yaxın müttəfiqinə amnistiya verilməsi və əsas tərəfdarlarının keçid hökumətinə daxil edilməsi tələbi də danışıqlarda ciddi problem yaradıb. Bu şərtlər ABŞ hakimiyyəti üçün qəbuledilməz olub.
İmran Kərimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 06 Dekabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















