Icma.az
close
up
RU
ABŞ ın Maduronun hakimiyyətdən kənarlaşdırılması üçün hərbi resursları yetərli deyil CNN

ABŞ ın Maduronun hakimiyyətdən kənarlaşdırılması üçün hərbi resursları yetərli deyil CNN

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hazırda ABŞ, Venesuela Prezidenti Nikolaz Maduronun hakimiyyətdən kənarlaşdırılması üçün Karib bölgəsində böyük miqyaslı hərbi əməliyyat keçirmək üçün yetərli hərbi resurslara sahib deyil.

Bizimyol.info xəbər verir ki, bu barədə CNN televiziya kanalı məlumat verib.

"ABŞ-ın hazırda Maduronun hakimiyyətdən kənarlaşdırılması üçün böyük bir hərbi əməliyyat başlatmaq üçün kifayət qədər resursu yoxdur. Lakin, əgər Prezident Donald Tramp Venesuelaya zərbələr endirmək və Maduronu devirmək üçün əmri verərsə, o, Latın Amerikasında parçalanmış müxalifət qrupları, üsyana hazır hərbçilər və ABŞ daxilindəki siyasi reaksiyalarla ciddi problemlərlə üzləşə bilər. Çünki Tramp, xaricdəki münaqişələrə müdaxilə etməmək barədə vəd vermişdi", - deyə CNN qeyd edib.

Həmçinin, əgər ABŞ-ın hərəkətləri nəticəsində Maduro ölkəni tərk etsə və ya öldürülsə, hərbi hakimiyyət ələ keçirmə və ya hətta vətəndaş müharibəsinin başlanma ehtimalını istisna etmir.

Televiziya kanalı bildirir ki, Tramp administrasiyası hələ də Venesuelaya qarşı hərbi əməliyyat başlatmaq barədə qərar verməyib. Buna baxmayaraq, ABŞ Karib bölgəsinə çoxsaylı hərbi qüvvə göndərib.

Maduro dəfələrlə xəbərdarlıq edib ki, ölkəsi son 100 ildə ABŞ tərəfindən baş verə biləcək ən ciddi işğal təhdidi ilə üzləşir. Vaşinqton, Venesuela hökumətini narkotik qaçaqmalçılığı ilə mübarizədə yetərincə fəal olmamaqla ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizində səkkiz gəmi, bir nüvə sualtı qayıq, 16 minə yaxın hərbçi yerləşdirib və sentyabr ayından etibarən beynəlxalq sularda 20-dən çox sürətli qayıq və 76 narkotik qaçaqmalçılığı ilə bağlı şübhələnilən şəxsi məhv edib. 16 noyabrda isə Pentaqon, "Gerald R. Ford" təyyarə daşıyan gəminin başçılıq etdiyi ABŞ hərbi dəniz qüvvələrinin Karib dənizinə daxil olduğunu bildirib.

"The New York Times" qəzetinin məlumatına görə, Tramp CIA-ya Venesuelada gizli əməliyyatlar aparmağa icazə verib. ABŞ mətbuatı dəfələrlə bildirib ki, yaxın gələcəkdə ABŞ Venesueladakı narkotik kartellərinə qarşı zərbələr endirə bilər. 11 noyabrda Trampa Venesuelaya qarşı potensial əməliyyatların yenilənmiş planları təqdim olunub, o, bu planları araşdırdıqdan sonra jurnalistlərə bildirib ki, Vaşinqtonun Venesuela ilə bağlı hansı addımlar atması barədə fikrini formalaşdırıb.

Pentaqonun mətbuat xidməti mətbuatın sorğusuna cavab olaraq Venesuelaya qarşı potensial əməliyyatlarla bağlı məlumatı şərh etməkdən imtina edib. ABŞ hərbçiləri həmçinin Latın Amerikasındakı narkotik kartelləri ilə mübarizə üçün "Cənubi Nişan" (Southern Spear) əməliyyatına başladığını bəyan edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Noyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri