Icma.az
close
up
RU
Hakimiyyəti və Milli Məclisi hədəfə alan qondarma xalq deputatları

Hakimiyyəti və Milli Məclisi hədəfə alan qondarma xalq deputatları

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Xaricə qaçdıqdan sonra “siyasi mühacir”, "müstəqil bloger" adları altında söyüş şəbəkəsi, qondarma "milli müqavimət hərəkatı" yaradan, əsl həqiqətdə isə Azərbaycanın milli maraqlarına zidd mövqe tutan, hakimiyyəti hədəfə alan bir qrup radikal ünsürlərin növbəti təxribat projesi də iflasa uğradı. Söhbət bu yaxınlarda Avropada yaradılmasına cəhd göstərilmiş, lakin yaradılan kimi də sabun köpüyü kimi havaya uçmuş, dağılmış qondarma “xalq parlamenti”ndən gedir. Özlərini "milli müqavimət hərəkatı"nın üzvləri adlandıran, lakin Fransa, İran, Rusiya, ABŞ, Ermənistan kimi anti-Azərbaycan mövqeli ölkələrə qarşı deyil, öz ölkəmizə qarşı mübarizə aparan söyüş şəbəkəsinin üzvlərinin Azərbaycanın qanuni parlamentinə - Milli Məclisə alternativ olaraq yaratmaq istədikləri "xalq parlamenti"nin ölü doğulması heç də təsadüfi deyil.
Bu saxta, qondarma "parlament"in ölü doğulmasını onun ideya müəllifliyinə iddia edən Tural Sadıqlının özü də etiraf edir. Onun bu günlərdə öz Yutub kanalında "Xalq Parlamenti ölü doğuldu..." başlığı altında etdiyi çıxışında bu saxta qurumun qrupbazlıq, saxtakarlıq, intriqantlıq, qeyri-şəffaflıq, təxribatçılıq və s. bu kimi səbəblər üzündən dağılması barədə səsləndirdiyi fikirlər də buna əyani sübutdur. "Millət", "Vətən", "Demokratiya", "Söz azadlığı" kimi pafoslu, təmtəraqlı şüarlar altında gizlənən və özlərindən "idealist mücahid" obrazı düzəldən bu saxtakarlar indi ən pis təhqiramiz ifadələrdən, küçə sözlərindən istifadə edərək bir-birilərini saxtakarlıqda, satqınlıqda, ara qarışdırmaqda, qrupbazlıqda və sairdə ittiham edirlər.
Beləliklə, hazırda bu düşərgədə qarşılıqlı ittihamlar və təhqirlər havada uçuşur. Tural Sadıqlı Qurban Məmmədovu və Abid Qafarovu suçlayır, onlar da Tural Sadıqlını, Teymur Eminbəylini və digərlərini "yaş yuyub, quru sərirlər". Bax, budur bunların gerçək siması. Onlar "Vətən", "Millət" şüarlarını dərhal unutdular. Həmişə olduğu kimi şəxsi maraqlarını yenə də hər şeydən öndə tutdular. Və belələri iqtidara ağıl öyrətməyə, irad tutmağa, yol göstərməyə cəhd göstərirlər. Birinci iclaslarında bir araya gəlib dil tapa bilməyən və öz fərdi maraqlarını ortaya qoyan bu adamların hakimiyyətə gəlmək, xalqı idarə etmək iddiaları tamamilə gülüncdür və absurddur. Hamı elə ilk iclasda bunların gerçək üzünü gördü. Məsum "quzu" dərisi geyinmiş bu ünsürlər ilk fürsətdə bir-birlərini didməyə başladılar. Maskaları düşdü. Onların gerçək mübarizə adamı, vətən-millət sevdalısı olmadıqları üzə çıxdı.
Hakimiyyəti və xüsusən də Milli Məclisi hədəfə alan bu qondarma "xalq deputatları" elə ilk onlayn toplantılarında əyani surətdə göstərdilər ki, onların xalqımıza heç bir aidiyyatı yoxdur. Bir-birilərini oyunbazlıqda, saxtakarlıqda, "torba" tikməkdə ittiham edən, biri digərinə "nadürüst" deyən bu siyasi meyitlərin yaratdıqları "xalq parlament"i parodiyadan başqa bir şey deyil. Elə ona görə də ilk iclasları da son iclasları oldu. Siyasətdə tamamilə "piyada" olan adamların qondarma "parlament"i görünməmiş rüsvayçılıqla fiaskoya uğradı. Bütün siyasi hoqqabazları, avantüristləri məhz bu cür xoşagəlməz aqibət gözləyir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Yanvar 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri