Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Cümhuriyyət Məclisi, TBMM və Azərbaycan Milli Məclisi dostluq qruplarının işçi yığıncağı keçirilib

Cümhuriyyət Məclisi, TBMM və Azərbaycan Milli Məclisi dostluq qruplarının işçi yığıncağı keçirilib

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Cümhuriyyət Məclisi, Türkiyə Böyük Millət Məclisi (TBMM) və Azərbaycan Milli Məclisi Dostluq Qruplarının İşçi Yığıncağı dünən ŞKTC Cümhuriyyət Məclisində baş tutub.

Yığıncağa Dostluq Qruplarının rəhbərləri, üzvləri və digər rəsmilər qatıldılar. ŞKTC Cümhuriyyət Məclisi Sədri və ŞKTC-Azərbaycan Milli Məclisi Dostluq Qrupu Sədri Ziya Öztürkler, Ankaradan, Bakıdan və Lefkoşadan altı dostluq qrupunun rəhbər və üzvlərinin bir araya gəlməsindən böyük məmnunluq və qürur duyduğunu ifadə edib.

Öztürkler, 2024-cü ildə ŞKTC Cümhuriyyət Məclisində keçirilən “Türkiyə-ŞKTC, Azərbaycan-ŞKTC, Türkiyə-Azərbaycan və Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupları”nın 1-ci Yığıncağını xatırladaraq, keçən ay Ankarada təşkil olunan “Üç Dövlət, Bir Millət” 2-ci Dostluq Qruplarının Yığıncağında bütün qardaş dostluq qrupları ilə ortaq iradənin yenidən təsdiq edildiyini vurğulaıb.

“Bu iradə, Türk dünyasında sülh, sabitlik və rifahın yalnız qardaşlıq hüququna əsaslanan həmrəyliklə güclənə biləcəyi anlayışına əsaslanır”, – deyə Öztürkler, “Üç Dövlət, Bir Millət” anlayışının, ortaq tarix, mədəniyyət, dil və tale birliyinin güclü bir ifadəsi olduğunu qeyd edib.

Dünənki yığıncağın, “Üç Dövlət, Bir Millət” anlayışının parlamentlərarası konkret təzahürlərindən biri olduğunu və dostluq qruplarının rolunu daha da görünür etdiyi məsələsinə diqqət çəkən Öztürkler, sözlərinə davam edib: “Bu gün Türk Dünyası getdikcə daha çox güclənir, birlik və həmrəylik səyləri daha böyük mənaya sahib olur. Şübhəsiz ki, ŞKTC, mədəni kimliyi, tarixi bağları və ruh coğrafyası ilə Türk Dünyasının ayrılmaz bir parçasıdır. Bütün Türk Dünyası bizim qardaşımızdır.”

Parlamentlərarası Dostluq Qrupları arasında həyata keçirilən əlaqə və işlərin, dünkü yığıncaqda ortaq gündəm və məqsədlər çərçivəsində daha konkret şəkildə müzakirə edilməsi arzusu ilə danışan Öztürkler, dostluq qruplarının, “TÜRKPA çərçivəsində aparılan çoxşaxəli parlamentlərarası əməkdaşlığı tamamlayan ikitərəfli diplomatik kanallar olaraq” önəmli bir rol oynadığını və parlamentlər arasında sürətli, çevik və birbaşa dialoq mexanizmlərinin qurulmasında mühüm yer tutduğunu qeyd etdi. O, dostluq qruplarının fəaliyyətinin yalnız diplomatik əlaqələrlə məhdudlaşmamalı olduğunu vurğuladı.

Cumhuriyyət Məclisi Başkanının müavini Fazilət Özdenefe isə bu dostluğun, Kipr Türk xalqının dünyayla əlaqələrinin qurulmasında xüsusi və əhəmiyyətli bir yer tutduğunu qeyd etdi.

“Hamımızın ortaq məqsədi, xalqlarımızın sülh və əmin-amanlıq içində yaşaması, həyat keyfiyyətinin yüksəlməsi, Türk Dünyası və Avropa İttifaqı daxilində layiq olduğu dəyəri qazanması və çağdaş mədəniyyət səviyyəsinə çatmasıdır” – deyən Özdenefe, Kipr Türk xalqının azad və demokratik iradəsini ortaya qoyacağı bu cür mühüm bir seçki dövründə nümayəndə heyətini ölkədə görməkdən məmnun olduğunu bildirdi.

Keçən həftə Azərbaycan Respublikasının Qəbələ şəhərində təşkil edilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Toplantısında qəbul edilən Qəbələ Bəyannaməsinin bütün tərəflər üçün çox faydalı və anlamlı bir mesaj olduğunu vurğulayan Özdenefe, sözlərinə davam etdi:

“Bəyannamədə ‘Kipr məsələsinə, adadakı mövcud reallıqlara və danışıqlara əsaslanaraq, qarşılıqlı olaraq qəbul edilə bilən və tətbiq edilə bilən bir həll yolu tapılması’ ifadəsi, bizim üçün dəyərli bir həmrəylik nümayişidir. Biz də müzakirələr yolu ilə tətbiq edilə bilən bir həllin yalnız Kipr üçün deyil, bütün bölgəmizə sülh, sabitlik və rifah gətirəcəyinə inanırıq.”

Özdenefe yeni dövrdə, qardaş ölkələrlə birlikdə daha irəliləyiş diplomatik addımlar atılacağına, əməkdaşlığın möhkəmlənəcəyinə və ortaq beynəlxalq təşəbbüslərlə uşaqlara daha ədalətli, daha təhlükəsiz və ümid dolu bir gələcək buraxılacağına inandığını bildirdi.

Türkiyə-ŞKTC Parlamentlərarası Dostluq Qrupu Sədri Orxan Erdem isə Kipr məsələsindəki inkişafları yaxından izlədiklərini ifadə edərək, iki dövlətli həll vizyonunu güclü şəkildə dəstəklədiklərini qeyd etdi. Erdem, “Kipr Türk xalqının təbii hüquqları olan suveren bərabərliyi və bərabər beynəlxalq statusunun tanınması həllin açarı olacaq” dedi.

Bu təbii hüquqların ən azından təzahürü olaraq, Kipr Türk tərəfinə tətbiq edilən haqsız və insanlıqla ziddiyyət təşkil edən izolyasiyaların ləğv olunması lazım olduğunu bildirən Erdem, ŞKTC-nin tanınmasının, Kipr məsələsinin ədalətli, davamlı və dayanıqlı bir həllə qovuşmasına yol açacağını qeyd etdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son üç BMT Ümumi Yığıncağında etdiyi çağırışları bir daha təkrarladığını xatırladan Erdem, Ərdoğanın, beynəlxalq ictimaiyyəti ŞKTC-ni tanımağa, diplomatik, siyasi və iqtisadi əlaqələr qurmağa çağırdığını və Kipr məsələsinin həlli üçün daha əvvəl dəfələrlə cəhd edilən, lakin Rum tərəfinin uzlaşmaz mövqeyi səbəbindən sona çatmış federasiya modelinin üzərində qurulmasının mümkün olmadığını vurğuladığını bildirdi.

Kipr Türk xalqının varlığının, azadlığının və gələcəyinin təmin altına alınmasını, rifah səviyyəsinin artırılmasını, ŞKTC-nin bütün qurum və təşkilatları ilə gücləndirilməsini prioritet hədəf olaraq gördüklərini bildirən Erdem, birgə yürüdüləcək işlərə böyük əhəmiyyət verdiklərini qeyd etdi.

Bu çərçivədə TBMM ilə ŞKTC Cumhuriyyət Məclisi arasında ortaq milli məsələdə koordinasiyanın qorunması üçün parlamentlərarası dialoq mühitinin qarşılıqlı səfərlərlə hər zaman canlı tutulması lazım olduğunu vurğulayan Erdem, qarşılıqlı dialoq və qardaşlıq həmrəyliyinin güclü şəkildə davam etdirilməsinə böyük əhəmiyyət verdiklərini ifadə etdi.

Azərbaycan-ŞKTC Parlamentlərarası Dostluq Qrupu Sədri Cavanşir Feyziyev isə sürətlə dəyişən bir dünyada yaşadıqlarını bildirərək, son dörd ildə Avropada yaşanan müharibələrin dünya təhlükəsizlik sistemini pozduğunu söylədi.

Yeni dünya nizamının qurulması zərurətinin meydana gəldiyini qeyd edən Feyziyev, Türk Dövlətləri arasında bunun nə demək olduğunu düşünmələrinin lazım olduğunu bildirdi. Feyziyev, 30 ildən çox davam edən Qarabağ münaqişəsinin həlli ilə Azərbaycan üçün yeni dünya nizamındakı yerini müəyyən etmək üçün çox əlverişli bir mühitin yarandığını vurğuladı.

Son iki ildə ŞKTC ilə Azərbaycan arasında sosial, mədəni, turizm və digər əlaqələrin inkişaf etdiyini qeyd edən Feyziyev, “Dövlətlərimiz siyasi sahədə də ortaqdır” dedi. Cavanşir Feyziyev, ŞKTC-nin illərdir sülh və əmin-amanlıq içində varlığını sürdürdüyünü bildirərək, ŞKTC-nin tanınması prosesində aktiv olmağı özlərinin vəzifələrindən biri hesab etdiklərini qeyd etdi.

Türk Dövlətləri Təşkilatında (TDT) ŞKTC-nin yerinin mütləq təmin edilməsi lazım olduğunu vurğulayan Fey

ziyev, bütün Türk Dövlətlərinin bu məsələnin həllinə çalışması lazım olduğunu söylədi.

ŞKTC-nin hüquqlarına qovuşması və dünya səhnəsində tanıdılması üçün beynəlxalq bir təşkilat olan TDT-yə işarə edən Feyziyev, Azərbaycan Prezidenti İlham Əliyevin Türk dünyasının tək bir güc mərkəzinə çevrilməsinin vacibliyini qeyd etdiyini bildirdi.

ŞKTC-Türkiyə Parlamentlərarası Dostluq Qrupu Sədri Resmiye Eroğlu Canaltay isə sentyabr ayında TBMM-də “Üç Dövlət, Bir Millət” anlayışı ilə bir araya gəldiklərini xatırladaraq, “Bu gün burada, əlaqələrimizi dərinləşdirəcək konkret addımlar üzərində birgə çalışma iradəmizi yeniləyirik” dedi.

Canaltay, tarix boyunca eyni dili danışan, eyni mədəniyyəti və inancı paylaşan Türkiyə, Azərbaycan və ŞKTC-nin tək bir millətin ayrılmaz parçaları olduğunu vurğuladı. Üç qardaş ölkə arasında əlaqələrin yalnız qəlb birliyi ilə məhdudlaşmadığını ifadə edən Canaltay, təhsildən mədəniyyətə, turizmdən enerji sahələrinə qədər geniş bir sahədə əməkdaşlığın gücləndiyini qeyd etdi.

“Təhsil, mədəniyyət və turizm sahələrindəki çalışmalar gənclərimizi ortaq dəyərlərlə yetişdirərkən; enerji sahəsindəki layihələr və Şərq Aralıq Dənizində Türkiyə ilə ŞKTC-nin ortaq mövqeyi bölgəmizdə sülh və balans axtarışına mühüm töhfələr verirlər” – deyən Canaltay, coğrafi mövqeyinə görə ŞKTC-nin Türk Dünyasının Şərq Aralıq Dənizinə açılan qapısı olduğunu vurğuladı. Canaltay, “Biz həm Türk Dünyasının Aralıq Dənizindəki təmsilçisiyik, həm də təhlükəsizlik ventiliyik” dedi.

ŞKTC-nin Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli əlaqələrinin daha qurumsal və effektiv bir səviyyəyə yüksəlməsinin, həm regional müdafiə refleksini gücləndirəcəyini, həm də Türk Dünyasının Şərq Aralıq Dənizindəki təsir gücünü artıracağını vurğulayan Canaltay, “Parlamentlərimiz arasındakı dostluq qrupları bu prosesin sahə üzrə öncüsüdür” – deyə danışdı. Cumhuriyyət Məclisi olaraq Türk Dövlətləri Təşkilatında yürüdülən əlaqələrin daha da dərinləşdirilməsinə böyük önəm verdiklərini bildirən Canaltay, sözlərinə əlavə etdi:

“ŞKTC-nin beynəlxalq aləmdə tanınması və tanıdılması məsələsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin daha çox məsuliyyət daşıması yalnız ŞKTC-nin deyil, Türk Dünyasının ortaq maraqları baxımından əhəmiyyətlidir. Bu nöqtədə diplomatik dəstəklərlə yanaşı, media, mədəniyyət və akademiya sahələrində də ortaq layihələrin inkişaf etdirilməsi zəruridir.”

Onlara ən güclü dəstəyi verən Anavatan Türkiyə və qardaş ölkə Azərbaycan’a təşəkkürlərini bildirən Canaltay, digər dost və qardaş ölkələrdən də eyni həmrəyliyi gözlədiklərini ifadə etdi. Canaltay, “Unutmayın ki, ŞKTC-nin tanınması Türk Dünyasının ortaq şərəfidir” dedi. Onların gözləntiləri Türk Dövlətləri Təşkilatına tam üzvlük olduğunu qeyd edən Canaltay, “Bu hədəf yalnız ŞKTC üçün deyil, Türk Dünyasının birləşməsi baxımından da tarixi bir addım olacaq” vurğuladı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 Oktyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see235

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see209

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see179

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see164

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see157

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see150

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see145

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see144

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see140

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see140

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see140

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see138

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see134

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see134

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see132

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see132

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see132

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see131

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri