Icma.az
close
up
RU
“Mövsüm ərzində edə biləcəyimiz səhvləri etdik” “Sabah”ın baş məşqçisi

“Mövsüm ərzində edə biləcəyimiz səhvləri etdik” “Sabah”ın baş məşqçisi

Icma.az bildirir, Idmanxeber.az saytına əsaslanaraq.

“Hər iki komanda üçün nəticə önəmli idi. “Neftçi” də qalib gəlməmişdi, biz də son oyunda istəmədiyimiz nəticə ilə üzləşmişdik. Daha çox əks-hücumlar oldu. Birinci hissədə çox səhv buraxdıq. Mövsüm ərzində edə biləcəyimiz səhvləri etdik. İkinci hissədə oyunun ritmi yaxşı idi. Sonradan meydana daxil olanlar yaxşı təsir bağışladılar. İrəlidə bu qədər az fürsət yaradırsansa, çətindir. Rəqibin də qol şansı oldu. Oyunun nəticəsi ədalətli idi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambruaskas “Neftçi” oyunu sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Azərbaycan millisini Fernandu Santuş və Ayxan Abbasovun rəhbərliyi altında da görmüsüz. Abbasov gəldikdən sonra Abdulla Xaybullayevi də milliyə dəvət etdi. Sizcə, yerli yoxsa xarici məşqçi Azərbaycan millisi üçün yaxşıdır? 

– Bu sual mənim üçün deyil. Mən “Neftçi” – “Sabah” matçı haqda nə qədər istəsəz danışa bilərəm. Amma bu, mənə aid olan məsələ deyil. Azərbaycan xalqının, AFFA-nın seçimi olmalıdır. Rəhbərlik seçməlidir.

Üç oyundan sonra cəmi 4 xal yığmısız. Bu cür gözləntiniz var idi, yoxsa fikirləşirdiz ki, 3 matçdan 9 xal da toplamaq olar?

– Mən gəlməmişdən qabaq hara gəldiyimi dərk edirdim. Burada çempionatın gərgin olduğunu bilirdim, çempionatı izləyirdim. Çünki bəzi oyunçularım var idi ki, burada çıxış edirdilər. 4 xal bizim üçün gözləmədiyimiz hal idi. Amma bu, mövsümün başlanğıcında normal ola bilər. Bəhanələr gətirmək istəmirəm. Çox inkişaf etməliyik. Bu gün önəmli oyunçularımızdan Cesse Sekidika, Zinedin Uld Xaled, İqor Noqeyra yox idi. Bu mövsümboyu da baş verəcək, zədəlilər olacaq. Andrey Souza bu gün debüt etdi, Tellur Mütəllimov uzun müddətdən sonra oynadı. Qığılcımlar olduqca inanıram ki, gələcəkdə böyüyəcəyik, qələbələr olacaq. Bu matçda da çalışdıq. Bəzi şeylər alınmadı. Onların üzərində işləməliyik. Sabah artıq yeni məşqimizə başlayırıq, qarşıdakı matça hazırlaşırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 14 Sentyabr 2025 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri