Haluk Levent: Şəhər insanlara xoşbəxtlik və rahatlıq verməlidir
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan xalqı zəlzələ zamanı bizə qardaş olduğunu hiss etdirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında türkiyəli müğənni Haluk Levent bildirib.
"Azərbaycanlı qardaşlarımdan çox yardım gördüm. Bunu qəti şəkildə deyə bilərəm. Sizə və Azərbaycan xalqına minnətdarıq. Zəlzələ zamanı bizə çox böyük dəstək oldular, köməyə gəldilər, qardaş olduğumuzu hiss etdirdilər", - deyə o vurğulayıb.
H. Levent qeyd edib ki, zəlzələdən zərər çəkmiş şəhərlərdə bərpa işləri davam edir: "Hazırda işlər davam edir. Mən də "Ahbap" Dərnəyinin rəhbəri olaraq əlimdən gələni etməyə çalışıram. Dövlətin bütün qurumları orada çalışır. Hər kəs həmin şəhərləri yenidən ayağa qaldırmaq üçün səy göstərir. İnanıram ki, ən yaxın zamanda əvvəlki günlərə qayıdacağıq".
Müğənni şəhərsalma və təhlükəsiz şəhər anlayışına toxunaraq bildirib ki, sağlam şəhərlərin əsasını güclü infrastruktur təşkil edir: "Sağlam infrastruktur olmadan təhlükəsiz şəhər qurmaq mümkün deyil. Qanun və normativlərə uyğun tikililər şəhərlərin gözəlliyi və təhlükəsizliyi üçün çox vacibdir. Əgər şəhər insanlara xoşbəxtlik və rahatlıq vermirsə, o şəhər ruhsuz və ölü şəhərdir. İnsanların nəfəs ala bildiyi, ətraf mühitin qorunduğu şəhərlər qurulmalıdır".
O, yaxın aylarda Bakıda konsert proqramı ilə çıxış edəcəyini də açıqlayıb. "Sentyabr ayında Bakıda konsertim olacaq. Qarabağa da getmək, orada konsert vermək istəyirəm".
Baxış sayı:174
Bu xəbər 18 May 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















