Icma.az
close
up
RU
Haluk Leventdən səs küylü etiraflar

Haluk Leventdən səs küylü etiraflar

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyədə "AHBAP" dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan müğənni Haluk Levent polisə ifadə verib.
Bizim.Media xəbər verir ki, “Sabah” qəzetinin yaydığı məlumata görə, Levent öz adına bank hesabının olmadığını, konsert gəlirlərinin köməkçisi Yeliz Kaya və digər şəxslərin adına açılmış hesablara köçürüldüyünü və həmin hesabları şəxsən özünün idarə etdiyini təsdiqləyib.
Levent bildirib ki, "AHBAP" dərnəyinin maliyyə məsələlərində əsas səlahiyyətli şəxs məhz özü olub.
"Dərnəyin ilk iki ilində bütün maliyyəni özüm təmin etmişəm. Elazığ zəlzələsindən sonra ianələr gəlməyə başladı. Bank hesablarından pul çıxarmaq səlahiyyəti mənə məxsus idi. Maliyyə baxımından dərnəkdə yeganə səlahiyyətli şəxs idim", – deyə o bildirib.
Levent ifadəsində etiraf edib ki, bəzi hallarda "AHBAP"ın çek və veksellərini təminat (girov) kimi istifadə edib.
"Haluk Levent olaraq nə özümü, nə ətrafımı, nə də işlərimi düzgün idarə edə bildim. "AHBAP"ın çek və veksellərini bəzi yerlərdə təminat kimi istifadə etmişəm. Böyük məbləğdə borclandım. Buna qanun pozuntusu deyə bilərsiniz, amma korrupsiya deyə bilməzsiniz", – deyə o bildirib.
Müğənni fond birjasında investisiya etməyi "pis zəifliyi" adlandırıb.
"Birjada əməliyyat aparmaq kimi pis bir zəifliyim var. Zəlzələdən sonrakı iki ilin maliyyə yükü məni daha çox risk etməyə vadar etdi. Mən bu pulları borc alaraq istifadə etmişəm. Heç vaxt "AHBAP" Dərnəyinin vəsaitini birjada işlətməmişəm", – deyə Levent bildirib.
 

İfadəsində Yeliz Kayanın hesabına köçürülən 80 milyon lirənin özünə məxsus olduğunu iddia edən Levent bu vəsait hesabına hazırkı bazar dəyəri 150 milyon lirə olan 20 daşınmaz əmlakı "AHBAP" dərnəyinə verməyi planlaşdırdığını bildirib.


O, həmçinin saxlanılmasının vaxtını da tənqid edib. Levent iddia edib ki, əgər əməliyyat bir neçə gün gec keçirilsəydi, həmin daşınmaz əmlakların dərnəyə verilməsi başa çatacaq və maliyyə ilə bağlı problem yaranmayacaqdı.
Qeyd edək ki, Haluk Levent "AHBAP" dərnəyi ilə bağlı istintaq çərçivəsində "Dərnəklər haqqında" qanunu pozma, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması və cinayət təşkilatına üzvlük ittihamları ilə araşdırılır. Müğənni ittihamları qəbul etmir. (Musavat.com)
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 İyul 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see473

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see360

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see274

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see270

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see255

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see219

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see217

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see203

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see201

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see198

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see194

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see193

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see189

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see175

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see174

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see170

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri