Haluk Leventdən saxlanıldıqdan sonra ilk açıqlama: “Əsl bombanı gözləyin”
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, Levent paylaşımında diqqətçəkən ifadələr işlədib.
“Əziz dostlarım, saxlanılmazdan əvvəlki axşam Daxili İşlər nazirinin müavini Bülənt Turana mesaj göndərdim. Artıq 15 gündür ki, hər gün ona mesaj yazmağa davam edirəm.
Dedim ki, cənab nazir, mənim şəxsi həyatımı "Ahbap"la əlaqələndirməyə çalışırlar. Təcili gəlin, zəlzələ dövründən bu günə qədər olan bütün fəaliyyəti yoxlayın və nəticələri ictimaiyyətlə paylaşın. Şəxsi borc-alacaq münasibətlərimi "Ahbap"la əlaqələndirməyin”, – deyə Levent bildirib.
O, həmçinin bildirib ki, hazırkı vəziyyətdə həqiqətin üzə çıxması müəyyən vaxt tələb etsə də, sonda haqlı olduqları sübuta yetiriləcək.
“Əsl bombanı gözləyin. Yaxın günlərdə verəcəyim açıqlamalarda hər şeyi görəcəksiniz. Bu prosesin necə başladığını və bu mərhələyə necə gəlib çatdığını öyrənəndə çox təəccüblənəcəksiniz.
Bir daha vurğulamaq istəyirəm ki, şəxsi borc-alacaq münasibətlərimdə AHBAP-ın heç bir rolu yoxdur. Lakin israrla bunu "Ahbap"la əlaqələndirməyə çalışırlar. Zaman hər şeyi göstərəcək”, – deyə o qeyd edib.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 13 İyul 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















