Hamı bunu edir, amma zərərlərindən xəbərsizdirlər Görün hansı fəsadlara yol açır
Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.
Məlum olub ki, təmizlik üçün istifadə edilən qulaq çöpləri tıxanmaya və eşitmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə Ankara Universitetinin Tibb Fakültəsinin müəllimi, qulaq, burun və boğaz xəstəlikləri üzrə mütəxəssis Emre Ocak xəbərdarlıq edib.
Onun sözlərinə görə, qulaq öz-özünü təmizləyən orqandır. O, qulağı əlavə vasitələrlə təmizləməyin xeyirdən çox ziyan olduğunu bildirib:
"Yayda günəşə çıxdığımız zaman dərimiz soyularaq yeniləndiyi kimi, xarici qulaq kanalı da özünü təmizləyə bilir. Qulaq çöpü istifadə edən insanlar qulaqlarını təmizlədiklərini zənn edirlər. Bu, sadəcə görünən hissəni təmizləyir, lakin kirin çox hissəsini qulaq kanalına doğru itələyir. Qulaq içəridən özünü təmizləməyə çalışarkən, kənardan belə bir təsir gələndə qulaq kiri içəridə toplanır və tıxanma yaranır”.
E. Ocak bunun qulağa müxtəlif zərərlər verdiyini qeyd edib: "Bu, xarici qulaq kanalını qanadaraq infeksiyaya səbəb ola bilər. Bəzi insanlarda hətta qulaq pərdəsini deşərək eşitmə qabiliyyətinin itirilməsinə gətirib çıxarır. Qəti şəkildə istifadə etməyi məsləhət görmürəm”.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 28 Noyabr 2024 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















