Tatu etdirənlərə pis xəbər: Görün hansı fəsadlara yol açır
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Danimarkanın və Finlandiyanın Helsinki Universitetinin elm adamları döymə mürəkkəbinin bədənə təsirini araşdırmaq üçün təxminən 5900 əkizin sağlamlıq məlumatlarını araşdırıblar.
Ölkə.az Publika.az-a istinadən xəbər verir ki, genetik fərqləri minimuma endirmək üçün əkizlər üzərində araşdırma aparan tədqiqatçılar döymələri olan insanların heç bir döyməsi olmayanlara nisbətən dəri xərçənginə tutulma riskinin 1,62 dəfə daha yüksək olduğunu müəyyən ediblər.
Tədqiqatçılar, həmçinin döymə ölçüsü ilə xərçəng riski arasındakı əlaqəni araşdırıblar. Mürəkkəb rənginin xərçəng inkişafı ilə birbaşa əlaqəsinin olmadığı məlum olub.
Onların sözlərinə görə, döymə mürəkkəbindəki kiçik hissəciklər qan dövranına daxil olub limfa düyünlərində toplana bilər. Bu da immunitet sistemini gərginləşdirir və xərçəng riskini artırır.
Araşdırmanın nəticələri “BMC Public Health” jurnalında dərc olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 06 Mart 2025 04:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















