Icma.az
close
up
RU
Hamı onu gözləyirdi Məcnun Məmmədov “yuxudan ayıldı”… KONKRET

Hamı onu gözləyirdi Məcnun Məmmədov “yuxudan ayıldı”… KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kənd Təsərrüfatı Nazirliyində son vaxtlar “dinamika” müşahidə edilir.

Belə ki, Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov bu günə qədər daim mətbuatdan qaçır, brifinqlər, mətbuat konfransları keçirmirdi. Bunun bircə dəfə də olsun şahidi olmamışıq.

Baxmayaraq ki, rəhbərlik etdiyi sahə ilə bağlı ölkədə bir sıra xəstəliklər tüğyan edir. Xüsusilə, dabaq xəstəliyi geniş vüsət aldı, minlərlə mal-qara tələf oldu. İnsanlar, xüsusən də, regionlarda mal-qara saxlayanlar, fermerlər, sahibkarlar çıxılmaz vəziyyətə düşdü. Belə bir vəziyyyətin yaranmasına baxmayaraq, Məcnun Məmmədov və Kənd Təsərüfatı Nazirliyinin rəhbər şəxsləri susmağa üstünlük verdilər.

KONKRET.az xəbər verir ki, manset.az xəbər portalı bu hadisələr fonunda Kənd Təsərrüfatı Nazirliyi, şəxsən nazirin özü Məcnun Məmmədov və Aqrar Xidmətlər Agentliyinin rəhbəri Sərdar Hacıyevlə bağlı silsilə tənqidi yazılar yayımladı.

Həm xəbər portalımız, həm də saytımızın tabeliyindəki milyonlarla izləyicisi olan sosial şəbəkə hesabları vasitəsilə tənqidi yazıları ictimaiyyətə təqdim etdik. Bununla bərabər mətbuata danışmayan Məcnun Məmmədovdan bir neçə mövzu ətrafında açıqlamalar alıb ictimaiyyətə çatdırdıq. Xüsusilə, bir nüansı qeyd etmək istəyərik ki, saytımızda yayımlanan “Kənd Təsərrüfatı Nazirliyinin gecikmiş dabaq xəstəliyi tədbiri” adlı yazımız ictimaiyyət tərəfindən geniş müzakirə obyektinə çevrildi. Ölkədə nazirlik tərəfindən xəstəliklərlə bağlı heç bir qabaqlayıcı tədbirlərin görülmədiyi bu vaxtlarda əkin-biçin mövsümü, buğda-arpa biçini mövsümü və payız fəsli ilə bağlı olan görüləcək tədbirlər də xəstəliklərlə bağlı yayılan bütün bu proseslərin içində əriyib bitdi. Beləliklə, Kənd Təsərrüfatı Nazirliyi və Məcnun Məmmədovun özü 2025-ci ili böyük uğursuzluqlarla başa vurur…

İlin sonuna sayılı günlərin qaldığı bu vaxtda nazirlikdə bizim tənqidi yazılarımızdan sonra kiçik “dinamikalar” müşahidə edilir. Nazirin özü müsahibə verərək həyata keçirə bilmədikləri işlərlə bağlı mediaya nəsə deməyə çalışır…

İşin maraqlı tərəfi də budur ki, nazir Məcnun Məmmədov verdiyi müsahibədə ölkədə tüğyan edən xəstəliklər və nazirlikdə olan korrupsiya faktları ilə bağlı bir cümlə də işlətməyib.

İzləyicilərimizə onu da bildirək ki, növbəti həftə Kənd Təsərrüfatı Nazirliyi ilə bağlı yazılarımız davam edəcək. Nazirliyin dövlət qurumu tərəfindən böyük miqdarda cərimələnməsinin səbəbləri və korrupsiya faktları ilə bağlı ciddi materiallar yayımlayacağıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Noyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see688

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see233

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see192

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see179

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri