Icma.az
close
up
RU
Hamı onun Titanik i axtardığını düşünürdü, amma... 3900 metr dərinlikdə baş verənlər

Hamı onun Titanik i axtardığını düşünürdü, amma... 3900 metr dərinlikdə baş verənlər

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Batmayan gəmi” kimi təqdim edilən, lakin ilk səfərində Atlantik okeanının dibinə çökmüş "Titanik" illər boyu maraq mövzusu olub. 

Qaynarinfo xəbər verir ki, 1985-ci ildə amerikalı okean tədqiqatçısı Bob Ballard gəminin qalıqlarını tapanda dünya onun yalnız "Titanik"i axtardığını düşündü. Amma əslində Ballardın missiyasının pərdəarxasında gizli hərbi məqsədlər var idi.

Araşdırma gəmisi "Knorr" ilə aparılan ekspedisiyada Ballard və komandası uzun illərin axtarışına son qoyaraq "Titanik"in dəmir qazanını və ardınca gəminin qalıqlarını aşkar ediblər. Ballard həmin anı "qiyamət qopmuşdu” sözləri ilə xatırlayır.

"Titanik"in tapılması təkcə tarixi hadisə kimi deyil, həm də texnoloji dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu kəşf sayəsində dərin dəniz tədqiqatları üçün yeni robot sistemləri inkişaf etdirildi, sualtı araşdırmalarda böyük irəliləyişlər əldə olunub. Kəşf həmçinin 1997-ci ildə çəkilən və dünya kino tarixinin ən çox gəlir gətirən filmlərindən biri olan "Titanik”ə də ilham verib.

Lakin sonradan ortaya çıxıb ki, Ballardın ekspedisiyası ABŞ donanmasının dəstəyi ilə həyata keçirilib. Donanma əslində Soyuq müharibə dövründə Atlantik okeanında batmış "Thresher" və "Scorpion" adlı nüvə sualtı qayıqlarının qalıqlarını araşdırmaq istəyirdi. Ballard bu gizli əməliyyatın üstünü örtmək üçün "Titanik" axtarışını "vitrin” kimi təqdim etmişdi.

Ballardın uğurunun sirri isə fərqli yanaşmasında idi. O, gəmini bütöv tapmağa çalışmır, əksinə, qalıqların okean dibinə səpələndiyi uzun xətti izləyirdi. Bu strategiya nəticə verib və "Titanik"in qalıqları üzə çıxıb.

Daha sonra Ballard "Alvin” adlı sualtı aparatla gəminin yanına enən ilk insan olub. Orada gümüş qab-qacaqdan oyuncaqlara qədər bir çox şəxsi əşya ilə qarşılaşıb. Lakin insan qalıqları aşkar etməyib. Gəminin üzərindəki pas izlərini yaradan bakteriyalar isə onun tərəfindən "rusticle” adlandırıldı və bu termin elmi ədəbiyyata daxil olub.

Ballard karyerası ərzində "Bismark" və "Yorktown" kimi tarixi gəmilərin qalıqlarını da tapıb, lakin 2019-cu ildə pilot Ameliya Erhartın itkin düşən təyyarəsini axtarışı nəticəsiz qalıb. 83 yaşında olmasına baxmayaraq, o hələ də yeni ekspedisiyalar aparır və okeanların gələcəyinin insanlı deyil, robotik araşdırmalarda olduğunu vurğulayır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri