Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Ermənistan batan “Titanik”ə “bilet”i rəsmiləşdirdi

Ermənistan batan “Titanik”ə “bilet”i rəsmiləşdirdi

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kremldən İrəvanın qərarına qəribə reaksiya; Paşinyanı da Saakaşvilinin aqibəti gözləyirmi?

Ermənistan parlamenti “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. 63 nəfər “lehinə”, 7 nəfər “əleyhinə” səs verib, bitərəf olmayıb. Müxalifət prosesi boykot edib və səsvermədə iştirak etməyəcəyini bildirib.

Qanun layihəsini qərbyönlü “Respublika” partiyasının siyasi şurasının üzvü Artak Zeynalyan təqdim edib. Müvafiq təşəbbüslə çıxış edən ictimai-siyasi təşkilatlar 60 min imza toplayıb. Ermənistan Konstitusiyası parlamentə vətəndaş cəmiyyətinin təklif etdiyi qanun layihələrini nəzərdən keçirməyə icazə verir. Layihə 2025-ci ilin yanvarında hökumət tərəfindən təsdiqlənib.

Baş nazir Nikol Paşinyan daha əvvəl izah edib ki, bu addım Ermənistanın avtomatik olaraq Aİ-yə daxil olması demək deyil, çünki belə bir qərar referenduma çıxarılmalıdır. O, daha sonra bəyan edib ki, Ermənistan Aİİ ilə münasibətləri dərinləşdirməkdə maraqlıdır, çünki “xalqın müəyyən və həssas bir hissəsi” ölkənin gələcəyi üçün Avropa seçiminə sahib olmaq istəyir. Ermənistan hökuməti tərəfindən Aİ-yə üzvlük haqqında qanun layihəsinin təsdiqlənməsi, daha sonra isə qanun layihəsinin Milli Assambleyada qəbul edilməsi Paşinyan hökumətinin qəbul etdiyi Qərb vektor siyasəti çərçivəsində erməni dövlətinin xarici siyasətində mühüm mərhələdir, lakin bu, mahiyyətcə Aİ-yə üzvlük baxımından heç nə demək deyil.

Bu gün Avropa İttifaqında heç kim Ermənistanı qəbul etməyə hazır deyil, amma prosesə start veriləcək. Paşinyan Rusiya və Avrasiya İttifaqının digər üzvləri ilə münasibətlərə xəyanət etmək yolundadır, özünün fikrincə, postsovet məkanının qucağından çıxmağa çalışır. Bu isə göründüyü kimi, xam xəyaldan başqa bir şey deyil. Çünki Avropa heç bir quru sərhədi olmayan, imkanları məhdud, təbii resursları zəif, hər il dövlət borcu artan, ixrac üçün dünya standartlarına uyğun olmayan, iqtisadiyyatı Rusiyanın monopoliyasında can verən bir ölkəni niyə üzv qəbul etsin ki?!

Ermənistan hökumətinin qərarını bundan əvvəl şərh edən Kreml bəyan edib ki, eyni zamanda Avrasiya İqtisadi İttifaqı və Aİ-yə üzv olmaq mümkün deyil. Rusiya baş nazirinin müavini Aleksey Overçuk bəyan edib ki, Rusiya qanun layihəsinin müzakirəsinə İrəvanın Aİİ-dən çıxmasının başlanğıcı kimi baxır, İrəvanın “Titanik”ə bilet almaq qərarını müqayisə edir. Overçukun açıqlamasını açıq-aşkar təhdid kimi də qəbul edilə bilər. Çünki Aİİ-dən çıxış və Aİ ilə daha yaxın münasibətlər qurma halında enerji və ərzaq, xüsusən də buğda qiymətlərində ciddi artım müşahidə ediləcək. Rusiyanın qəzəb faktorundan əlavə, İran məsələsini də unutmaq lazım deyil. Hazırda Ermənistanın etibarlı tərəfdaşı sayılan rəsmi Tehran da İrəvanın Aİ-yə üzvlük perspektivinə isti yanaşmır. Bu, İslam Respublikası üçün ciddi problem və təhdid sayılır. Göründüyü kimi, baş nazir Nikol Paşinyan atdığı addımların gələcəyini və əks-təsirlərini düşünmədən yola çıxıb və rəhbəri olduğu ölkəni uçuruma sürükləməkdə davam edir.

İrəvanın bu qərarına Kremldən dərhal reaksiya gəlib. “Ermənistandakı avropapərəst siyasətçilər hesab edirlər ki, Avropa Birliyinə istiqamətlənmə ölkəyə və xalqa dividentlər gətirəcək”, - Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib. “Bu, İrəvanın suveren hüququdur, lakin hər kəs bunun nə dərəcədə qarşılıqlı istək olduğunu başa düşməlidir. Həm ermənilərin özləri, həm də hər kəs bunun nə dərəcədə qarşılıqlı istək olduğunu və avropalıların özlərinin buna necə münasibət bəslədiklərini anlamalı olacaqlar”, - Peskov bildirib.

Çingiz Qənizadə

“Yeni Müsavat”a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə hesab edir ki, Rusiyadan verilən reaksiya arxayınlıqdan irəli gəlir. Onun sözlərinə görə, Moskva əmindir ki, Ermənistanın AB üzvlüyü yaxın illərdə mümkün deyil: “Peskovun çıxışındakı "uzun növbələr" fikri təsadüfi seçilməyib. Bununla Ukrayna, Gürcüstan və Moldovanın hələ də Avropa Birliyinə qəbul edilmədikləri xatırlanır. Deməli, Ermənistanın üzvlüyü onlardan da gec olacaq. Rusiya isə ümid edir ki, ona qədər Ermənistanda siyasi hakimiyyət dəyişikliyi baş verə bilər".

Ç.Qənizadənin fikrincə, Qərbə Ermənistan lazım deyil, Rusiyanın acığına və Cənubi Qafqazda möhkəmlənmək üçün vacibdir: “Avropa İttifaqı Ermənistanı maliyyələşdirir, şərti sərhədə mülki missiya adı ilə kəşfiyyat qrupu yerləşdirir, Avropa Sülh Fondu ordusuna dəstək verir, Brüsseldə imzalanmış 5 aprel paktından irəli gələrək  yardımları daha da gücləndirir. Bütün bu addımlar Rusiyanın vassalını ondan qoparmaq, regionda təsir imkanlarını artırmaqdır. Amma Ermənistan da yaxşı başa düşür ki, Rusiyadan iqtisadi asılılığı yüksəkdir. Əvvəla, 12 milyardlıq ticarət dövriyyəsi hər şeydən xəbər verir. İkincisi, Avrasiya İqtisadi Birliyində olmaq ona pul qazandırır. Overçuk nahaq yerə bu iki təşkilatın fərqini rəqəmlərlə müqayisə etməmişdi. Yəni Rusiyanın təzyiq alətləri var və əmindirlər ki, İrəvanın avrointeqrasiya kursunu tormozlaya biləcəklər”.

Hüquq müdafiəsi bütün hallarda Ermənistanın Aİ yolunu irəliyə addım sayır, lakin bunun Türkiyə və Azərbaycansız reallaşmasını nonsens hesab edir: “Rusiyadan uzaqlaşma və Qərbə qapıların açılması hər iki dövlətlə münasibətləri yaxşılaşdırmaqdan keçir. Əgər yekun sülh sənədi imzalansa, Türkiyə və Azərbaycana olan ərazi iddiaları qanunvericilik aktlarından çıxarılsa, o zaman Türkiyə ilə quru sərhədləri də açılacaq və Avropaya çıxış olacaq. İndi isə Ermənistanın Gürcüstandan başqa Qərbə çıxış marşrutu yoxdur. Ona görə Rusiyadan asılılıq davam edir. Düşünürəm ki, bu səbəbdən Avropa Birliyi bölgədə addımlarını sürətləndirəcək və Rusiyanı Qafqazdan çıxarmaq üçün strategiyasını davam etdirəcək. Rəsmi Moskva dəfələrlə bəyan edib ki, Qərbin məqsədi Rusiyanı bu regiondan çıxarmaqdır”.

Ç.Qənizadə Qafqazda Gürcüstandan sonra Ermənistanın da Aİ yolunda getmək xəttini tutmasının perspektivlərini belə görür: “Paşinyan Saakaşvilinin taleyini yaşamamaq üçün Qərbdən daha möhkəm təminat almağa çalışır. Ancaq hər şey Ukrayna müharibəsinin nəticələrindən asılı olacaq. Sadəcə, Rusiya-Ermənistan münasibətləri ziddiyyətlidir, iqtisadi sferada əla dil tapırlar, siyasi-hərbi məsələlərdə yola getmirlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://news24.az
archiveBu xəbər 16 Fevral 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri