Icma.az
close
up
RU
Hamı yatmış, Kadırov OYAQ Rusiya NİYƏ DİNMİR? Yeni Çağ Media

Hamı yatmış, Kadırov OYAQ Rusiya NİYƏ DİNMİR? Yeni Çağ Media

Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Xalqımız və eləcə də dünya ictimaiyyəti Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurulmasını etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və bütün günahkarların məsuliyyətə cəlb olunacağı tam araşdırma aparmasını gözləyir”.

Bu sözləri Rusiya hava məkanında AZAL-a məxsus təyyarənin vurulması və bununla bağlı Rusiyanın üzr istəməməsini Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.

O, bildirib ki, bu hadisə Rusiyadakı “bespredel”in göstəricisidir:

“AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Rusiyanın hava məkanında vurulması başdan-başa cinayət əməli olmaqla yanaşı, həm də Rusiyadakı “bespredel”in göstəricisidir. Rəsmi istintaqın nəticələri hələ açıqlanmasa da, görünən odur ki, Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyanın “Pantsir-S1” raket sistemi tərəfindən vurulduğu məlum olub. Hələ bu azmış kimi, Rusiya ərazisində Qroznı, Mahaçqala, Mineralnıye Vodı hava limanlarına enişə belə icazə verilməyib. Bunun ardınca isə HHM atəşinə və REM sistemlərinin təsirinə məruz qalmış dezorientasiya olunmuş ekipaj Qazaxıstanın Aktau şəhərinə yönləndirilib. Məqsəd ortadadır: təyyarənin vurulduğunu ört-basdır etmək üçün təyyarə Xəzər dənizi üzərinə yönləndirilib və dənizə düşərək izlərin itirilməsi planlaşdırılıb. Yəni başqa sözlə desək, bir cinayətin izini itirmək üçün növbəti cinayət əməlinə əl atılıb”.

“Bespredel”ə gəlikdə isə hər şey ortadadır. Rusiya-Ukrayna savaşı Rusiyada, xüsusilə silahlı qüvvələrdə özbaşınalıq hallarını artırıb. Əsasən də Ramzan Kadırovun nəzarətində olan silahlı birləşmələrin əməlləri ortadadır. Kadırov isə bütün imkanları ilə onların cinayət əməllərini ört-basdır etməyə cəhdlər edir. Bütün xalqımız və eləcə də dünya ictimaiyyəti Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurulmasını etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və bütün günahkarların məsuliyyətə cəlb olunacağı tam araşdırma aparmasını gözləyir. İlk növbədə də Çeçenistanın sahibi rolunda çıxış edən Kadırovun fəaliyyətinin araşdırılmasına ehtiyac var. Məlumdur ki, Çeçenistan ərazisində hər hansı silahlı birliklər özbaşına təyyarənin vurulması haqqında qərar qəbul edə bilməzdi. Etsələr belə, təyyarənin yaxın hava limanlarına enişinə icazə verilməməsi, rabitə sistemlərinin bloklanması, təyyarənin Xəzər dənizi üzərindən Aktauya yönləndirilməsi rəhbərliyin göstərişi olmadan icra edilə bilməzdi”, – deyə o, bildirib.

“Düşünürəm ki, Rusiya tərəfi həqiqətən də obyektiv mövqe ortaya qoymaq istəyirsə ilk növbədə bu suallara aydınlıq gətirməli və belə bir hadisədən dərhal sonra Kadırovun Çeçenistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan qardaşı oğlu Həmzəti “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif etməsinə də münasibət bildirməlidir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 27 Dekabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri