Icma.az
close
up
RU
Moskva HƏLƏ DƏ DİNMİR: “Rusiya məsuliyyətdən boyun qaçırır” Yeni Çağ Media

Moskva HƏLƏ DƏ DİNMİR: “Rusiya məsuliyyətdən boyun qaçırır” Yeni Çağ Media

Icma.az, Yenicag portalına istinadən məlumat verir.

“Rusiyanın səssizliyinin pozmamasının bir neçə səbəbi var Lakin hər bir hava qəzası səbəbindən asılı olmayaraq, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən araşdırılmalıdır. Əgər hər hansı qanun pozuntusu aşkar edilərsə, bu məsələ Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə qədər gedib çıxa bilər. Amma Rusiya cinayətkar bir qurum kimi öz məsuliyyətindən boyun qaçırır və bunu sübut etməyi beynəlxalq qurumların öhdəsinə buraxır. Əgər tam məsuliyyət sübut edilməzsə, Rusiyanın ödəməli olduğu təzminat məbləği daha az ola bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında britaniyalı politoloq Neil Uotson deyib.

Analitik dekabrın 25-də Rusiyanın “Pantsir-S1” hava hücumundan ümdafiə sistemləri tərəfindən vurulan “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında düşməsindən sonra rəsmi Moskvanın ölüm səssizliyini şərh edib.

N. Uotson onu da diqqətə çatdırıb ki. Rusiya ilə Azərbaycan arasında əsrlərə söykənən xüsusi münasibətlər mövcuddur:

“Son zamanlarda isə Rusiya İkinci Qarabağ müharibəsində Ermənistana dəstək verməməyi seçdi. Görünür ki, Rusiya bu münasibətlərdən istifadə edərək, Azərbaycanla təzminatın miqdarını azaltmaq üçün razılığa gəlməyi ümid edir. Bununla da uzun müddət davam edən sülh danışıqlarında neytral qalmaq istəyir”.

Mütəxəssisin fikrincə, Rusiya prezidenti Vladimir Putin bu səhvin miqyasından dəhşətə gəlmiş ola bilər, lakin Rusiya hələ ki susmağı üstün tutur:

“O, hazırda daha çox Rusiya-Ukrayna münaqişəsinə Avropanın zəif və ahəngsiz reaksiyasını, həmçinin ABŞ-nin Tramp hakimiyyəti dövründə Ukraynaya dəstəyini azaltmaq və ya tamamilə dayandırmaq ehtimalını müşahidə edir. Bundan əlavə, Rusiya Avropa və Uzaq Şərqdə özünə tərəfdar olan ölkələr qazanır. Rusiya terrorçu qurumlar kimi, qorxu yaratmaq və sahib olduğu silahları nümayiş etdirmək də niyyətindədir. Beləliklə, bu hadisədən istifadə edərək Moskva sülh danışıqlarını öz xeyrinə sürətləndirmək və münaqişədə üstünlük əldə etməyə çalışa bilər. Beynəlxalq qurumlarla sözügedən aviasiya fəlakəti barədə əməkdaşlıqdan imtina etməklə Rusiya güzəştsiz və kompromissiz mövqeyini bir daha nümayiş etdirir”.

Rafi Müslümov

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 28 Dekabr 2024 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri