Icma.az
close
up
RU
Hamilə qadınlar niyə turş meyvələr istəyir? Pediatrdan izah

Hamilə qadınlar niyə turş meyvələr istəyir? Pediatrdan izah

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Hamilə qadınların qida seçimində kreativlik axtarması yersizdir. Sağlam, təbii qidalara üstünlük vermək lazımdır”.

Bunu Sherg.az-a pediatr Vaqif Qarayev deyib.

O bildirib ki, regionda yetişən meyvə və tərəvəzlərə, gündəlik menyumuzda olan qidalara genetik olaraq uyğunlaşmışıq:

"Həmin məhsullarla qidalanmaq lazımdır. Başqa ölkələrin mətbəxinin, müxtəlif tərkibli yeməklərinin bizə dəxili yoxdur. Qadınlar çox vaxt həkimin dediyi deyil, özlərinin haradasa gördükləri, qarşılaşdıqları qidaları yemək istəyirlər.

Hamiləlik qadın orqanizmi üçün ciddi tibbi, bioloji, psixoloji baxımdan yükdür. Öz pasiyentini müayinə edən ginekoloqlar hər müayinədə hamilə qadının qida menyusunu ona deyir. Buna əməl etmək lazımdır. Analar bətnindəki körpəni və özünü normal qidalandırmalıdır. Bunun üçün maddi məsələlər və ananın məsuliyyəti xüsusi önəmlidir. Ananın qida, yuxu, hərəkət, hava rejimi uşaq üçün vacibdir. Azərbaycan torpağında yetişən nə varsa, hamilə qadın üçün hətta dərmandır.

Bəzən hamilə qadınların turş meyvələr istəməsi normaldır. Bu, təbabətə aid bir şey deyil, amma ürəyi istəyirsə, qadında sırf psixoloji diskomfort yaradacaq. Buna görə, hamilələr bu cür qidaları istəyirsə, qış aylarında xüsusilə alça kimi meyvələri başqa alternativlə əvəz etmək lazımdır. Nə səbəbdən olur, olsun stress hamilə üçün heç bir halda olmamalıdır”.

Qadınların hamiləlik zamanında məlumatlı olmasına diqqət çəkən pediatr vurğulayıb ki, internetdən, mediadan, sağlamlıqla bağlı məlumatları əldə etmək olar:

"35-40 il bundan əvvəl anaların əksəriyyəti təhsilsiz idi. İnformasiya üçün tək həkimlər var idi. İndi bu məsələlərin hamısı aradan qalxıb. Necə olur ki, analar internetdən hər məlumatı əldə edir, amma öz sağlamlığı üçün vacib olanlarla maraqlanmır. Həkimlər nə qədər məsləhətlər versə də, əksərən buna laqeyd yanaşırlar. Lakin hər kəs aldığı təhsili özünə faydalı şəkildə istifadə etməlidir.

Sosial şəbəkələrdə çox zaman ciddi olmayan məlumatlar da paylaşılır. Bəziləri bunu yumor olsun deyə yazır, amma düşünmürlər ki, bunu oxuyub, tətbiq edən insanlar da ola bilər. Nəticədə problemlər ortaya çıxar. Ona görə, hər yayılan məlumata etibar etməmək, qeyri-ciddi paylaşımları oxumamaq lazımdır”.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri