Icma.az
close
up
RU
Hamilə qadınlar oruc tuta bilərmi?

Hamilə qadınlar oruc tuta bilərmi?

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Ramazan ayında ana olacaq qadınları ən çox maraqlandıran suallardan biri də hamiləlik zamanı oruc tutmağın mümkün olub-olmamasıdır.

Bu barədə türkiyəli mütəxəssis, ginekoloq Nur Dokuzeylül Güngör danışıb.

Onun sözlərinə görə, oruc tutaraq uzun müddət ac və susuz qalmaq doğuş qüsurları, inkişaf geriliyi və vaxtından əvvəl doğuş kimi bəzi risklər yarada bilər.

Həkim qeyd edib ki, hamiləlik körpənin beyin inkişafı, sümük sağlamlığı və immun sisteminin funksiyası üçün orqanizmin daha çox qidaya ehtiyacı olduğu bir dövrdür.

"Belə həssas bir dövrdə oruc tutmaq ana və körpənin bəzi vacib vitamin və mineralları kifayət qədər ala bilməməsinə səbəb ola bilər. Ona görə də, qiymətləndirmələr və həkimin icazəsi ilə oruc tutacaq hamilələr bəzi məqamlara diqqət yetirməlidirlər", - deyə Nur Dokuzeylül Güngör bildirib.

"Oruc tutmaq hamiləliyin hər dövründə fərqli risklər daşıya bilər, ancaq ilk və son aylarda yaradacağı təsirlər bir-birindən fərqlidir. Xüsusilə, ilk üç ay körpənin əsas orqanlarının inkişafında kritik bir dövr olduğu üçün daha təhlükəli ola bilər. Bu dövrdə qeyri-kafi qidalanma və maye itkisi anadangəlmə qüsurlar və inkişaf geriliyi kimi ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər. Bundan əlavə, bu dövrdə ürəkbulanma, qusma və maye itkisi daha tez-tez baş verə bilər. Hamiləliyin son üç ayında körpə ümumilikdə daha çox inkişaf etdiyi üçün bu dövrdə risklər bir qədər azalsa da, yenə də davam edə bilər", - deyə o qeyd edib.

"Uzun müddət ac qalmaq körpənin kifayət qədər qida qəbul etməsinə mane ola və inkişafında pozuntulara səbəb ola bilər. Bu vəziyyət vaxtından əvvəl doğuş və digər ağırlaşmalara da gətirib çıxara bilər. Az maye qəbul etmək də hamiləlik zamanı təhlükəli vəziyyətlərdən biridir, çünki bədəndə kifayət qədər maye olmaması orqanların düzgün işləməsinə mane ola, başağrısı, başgicəllənmə, yorğunluq və halsızlıq kimi simptomların ortaya çıxmasına səbəb ola bilər. Həmçinin körpənin amniotik mayesi azala bilər ki, bu da onun sağlamlığına mənfi təsir göstərə bilər. Yüksək səviyyədə dehidrasiya vaxtından əvvəl doğuş riskini artırır. Elektrolit balansının pozulması əzələ spazmlarına, ürək ritminin pozulmasına və hətta tutmalara səbəb ola bilər. Bütün bu amilləri nəzərə alaraq, oruc tutan hamilələr öz sağlamlıqlarında hər hansı pisləşmə və ya körpənin hərəkətində azalma müşahidə edərlərsə, dərhal orucu pozmalı və vaxt itirmədən həkimə müraciət etməlidirlər", - deyə Güngör əlavə edib.

"Uzun müddət ac qalınacağı üçün imsakda (sahurda) yulaf əzməsi, tam buğda çörəyi, qəhvəyi düyü və tərəvəzlərə üstünlük verilməlidir, çünki lif həzmi ləngidərək uzun müddət tox saxlamağa kömək edir. Protein isə uzun müddət enerjinin təmin edilməsinə imkan verir. Bu səbəblə də yumurta, pendir, qatıq, balıq, toyuq kimi proteinlə zəngin qidalar mütləq imsakda yer almalıdır. Zeytun yağı, qoz və badam kimi sağlam yağlar həm enerji verir, həm də həzmi tənzimləyir, ona görə də imsakda tövsiyə edilir. Uzun müddət ac qaldıqdan sonra mədəni yormamaq üçün iftara yüngül şorba ilə başlamaq lazımdır. Mərci şorbası və ya tərəvəz şorbası kimi qidalandırıcı və asan həzm olunan şorbalara üstünlük verilməlidir. İftarda zülal ehtiyacları da nəzərdə saxlanmalıdır. İftar süfrəsinə toyuq, balıq, qırmızı ət kimi zülal mənbələri mütləq daxil edilməlidir. Mərci və noxud kimi paxlalılar da yaxşı alternativ ola bilər. Həm vitamin, həm də mineral dəstəyi üçün tərəvəz və meyvələrin istehlakı vacibdir. Xüsusilə C vitamini ilə zəngin olan portağal, nar, kivi, çiyələk kimi meyvələrə üstünlük vermək olar. Tam buğda çörəyi, bulqur plovu və qəhvəyi düyü kimi sağlam karbohidratlar qan şəkərinin səviyyəsini tarazlaşdırmağa kömək edir", - deyə mütəxəssis tövsiyə verib.

"İftardan sonra şirniyyat yeyərkən ağır desertlərdən qacınmaq lazımdır. Tərkibində şəkər miqdarı çox olan desertlər qan şəkərində pozulmalara səbəb ola bilər. Bunun əvəzinə qoz, badam, fındıq, quru ərik və kişmiş kimi alternativlərə üstünlük verilməlidir. Bədənin maye balansının qorunması da oruc zaman sağlamlığı dəstəkləmək üçün vacib addımdır. Bu səbəbdən gündəlik maye ehtiyacının qarşılanması üçün iftar və sahur arasında ümumilikdə 2-3 litr su içmək məsləhət görülür. Maye balansını qorumaq üçün su ilə yanaşı ayran, təzə sıxılmış meyvə şirələri və ya bitki çayları kimi digər mayelərə də üstünlük verilə bilər, lakin şəkərli içkilərdən qaçınılmalıdır. Çay və qəhvə isə tərkibində kofein olduğu üçün sidikqovucu təsir göstərə bilər ki, bu da orqanizmin daha çox maye itirməsinə səbəb ola bilər. Ona görə də, bu içkilərin miqdarına diqqət yetirilməlidir. Çay və qəhvə gündə 1-2 fincanlar məhdudlaşdırılmalıdır", - deyə Nur Dokuzeylül Güngör vurğulayıb.

Həkimin sözlərinə görə, oruc tutan hamilə qadınlar həmişəkindən daha çox nəzarət altında olmalıdırlar.

"Adətən hər 2-4 həftədən bir müntəzəm müayinələr tövsiyə olunur, lakin bəzi hallarda həftəlik nəzarət və ya tez-tez qan testləri edilə bilər. Hamiləliyin ilk üç ayı körpənin inkişafı və sağlamlığı baxımından çox kritik bir dövrdür. İkinci üç ay ümumilikdə hamiləliyin ən stabil dövrüdür, lakin oruc tutan hamilələrin qan şəkərinə və qidalanmasına diqqət yetirilməlidir. Bu dövrdə körpənin böyüməsi və dölün ürək döyüntüləri mütəmadi olaraq yoxlanılmalıdır. Son üç ayda isə oruc tutan gələcək analar qan təzyiqi və dölün hərəkətləri ilə bağlı xüsusilə diqqətli olmalıdırlar. Bu dövrdə həftədə bir dəfə və ya həkimin tövsiyə etdiyi vaxtlarda ultrasəs müayinəsi və körpənin ürək döyüntüsünün yoxlanılması lazım ola bilər. Bundan əlavə, fiziki fəaliyyətlər də həm ananın, həm də körpənin sağlamlığı üçün diqqətlə planlaşdırılmalıdır. Hamilələrin iftardan sonra və ya imsakdan əvvəl gəzinti, pilates, yoqa kimi yüngül məşqlər etməsi həm fiziki, həm də zehni sağlamlıq baxımından faydalı ola bilər. Lakin həddindən artıq yorğunluğa səbəb olacaq gərgin məşqlərdən mütləq çəkinmək lazımdır", - deyə həkim bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Fevral 2025 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1102

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see252

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see204

Ramanada qayınata gəlini qətlə yetirib

01 İyun 2026 18:39see192

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see189

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see179

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see176

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see175

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see174

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see171

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see171

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see171

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see170

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see169

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see169

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see166

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see165

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see165

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see162

Polşa Prezidenti: “Arzularımı çatdırmaqdan şərəf duyuram!”

01 İyun 2026 20:15see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri