Hamilə qadınların ABŞ yə girişi məhdudlaşdırıla bilər
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi (DTN) Ədliyyə Nazirliyi və Səhiyyə Nazirliyi ilə birlikdə, "doğuş turizmi" adlandırılan halları azaltmaq üçün hamiləliyin gec mərhələlərində olan qadınların ölkəyə girişinin məhdudlaşdırılması imkanını nəzərdən keçirir.
"AzPolitika" "Report" xəbər verir ki, bu barədə DTN-nin rəhbəri Markueyn Mallin "Fox News" telekanalının efirində bildirib.
Onun sözlərinə görə, o bu məsələni səhiyyə naziri Bobbi Kennedi və baş prokuror - ədliyyə naziri Todd Blanşla müzakirə edir. Xüsusən də Amerika hakimiyyəti doğuş hüququna əsasən vətəndaşlığın verilməsinin dayandırılması üzrə tədbirləri öyrənir.
"Ola bilsin ki, bizim onların hamiləliyin gec mərhələlərində gəlməmələri məsələsinə diqqət yetirməyimiz lazımdır", - Mallin bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 04 Sentyabr 2026 00:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















