Icma.az
close
up
RU
“Hamilələrdə lazerə icazə vermirəm” HƏKİM DANIŞDI

“Hamilələrdə lazerə icazə vermirəm” HƏKİM DANIŞDI

Icma.az, Sia Az saytına istinadən bildirir.

“Mövcud elmi və rəsmi mənbələrdə lazer epilyasiyasının hamiləlik dövründə istifadəsi ilə bağlı kifayət qədər dəqiq və əsaslı məlumat yoxdur. Bu sahədə aparılmış genişmiqyaslı klinik tədqiqatların azlığı səbəbindən hamilə qadınlarda lazerin təhlükəsizliyi barədə rəsmi nəticə ortaya qoyulmayıb”. Bu sözləri SİA-ya açıqlamasında ixtisaslaşmış həkim, mama-ginekoloq Nailə Əzizova deyib.

Nailə Əzizova sözlərinə belə davam edib: “Lazer epilyasiyasının iş prinsipi məlumdur: yüksək temperatur və ani işıq enerjisi vasitəsilə tük follikuluna təsir edilir və nəticədə follikulun fəaliyyəti zəiflədilir. Bu isə bir tərəfdən təsirli nəticə versə də, digər tərəfdən lazer şüalarının dərin toxumalara təsir potensialı barədə suallar doğurur.

Nəzərə almaq lazımdır ki, hamiləlik dövründə qadının orqanizmi hormonların təsiri altında xüsusi həssas vəziyyətdə olur. Bu səbəbdən lazerin törədə biləcəyi hər hansı əlavə təsir — istilik, işıq enerjisi və ya dəridə yaranan mikrotravmalar — nəzəri baxımdan dölün sağlamlığına risk yarada bilər.

Məhz buna görə də hamiləlik zamanı lazer epilyasiyasının tətbiqi tibbi cəhətdən məqsədəuyğun hesab edilmir. Daha sadə ifadə ilə desək, hamilə qadının qarın nahiyəsində bu prosedurun aparılması qətiyyən yolverilməzdir. Yalnız əllər, ayaqlar kimi bəzi sahələrdə nəzəri olaraq tətbiq oluna biləcəyi düşünülə bilər, lakin elmi sübutların olmaması səbəbilə həkimlər bunu da tövsiyə etmirlər.

Nəticə etibarilə, hamiləlik dövründə lazer epilyasiyası barədə mövcud ədəbiyyat kifayət qədər əsaslı sübut təqdim etmədiyi üçün bu prosedur riskli hesab edilməli və ehtiyatla yanaşılmalıdır”.

Ayşən Vəli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Avqust 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see549

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see506

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see377

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see286

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see281

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see280

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see274

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see270

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see266

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see245

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see244

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see243

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see239

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see227

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see219

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see213

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see210

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see192

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see185

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri